18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Gülümsəyin, cənablar, gülümsəyin! (QEYD)

Bilmirsən I divizionda eyni komandanın ardıcıl 2 il çempion olmasına ağlayasan, yoxsa 1 komandanın meydana 9 nəfərlə çıxmasına? Ümumiyyətlə, dünən I divizionda baş verənlər görəsən, ağlamalı idi, yoxsa gülməli? Yazılanlardan, açıqlamalardan belə başa düşmək olar ki, əksəriyyət gülür. PFL prezidenti Ramin Musayev qeyd edir ki, “Dünya futbolunda belə bir şey olmayıb ki, hər hansı bir klub 2 il ard-arda divizion çempionu olsun. Bu komanda həqiqətən 2 il çempion olmaqla dünya futbolunda rekord vurdu”...

Əslində isə bu, rekord yox, bəlkə də antirekorddur. Kimə lazımdı belə rekord? “Şahdağ”ın meydanda 9 nəfərlə mübarizə aparmasına nə ad verəsən? Daha əvvəl də qeyd etmişdik və bir daha təkrar edirik, I divizon sadəcə gözdən pərdə asmaq üçündür. Bu liqanın adı əslində “SOCAR çempionatı”dır. 1-2 komandanı çıxmaq şərti ilə divizonda mübarizə aparan bütün klubları məhz Neft şirkəti maliyyələşdirir. Ona görə də I divizondan Premyer Liqaya I və ya II yerin sahibi deyil, AFFA-nın istədiyi komanda yüksəlir. “Neftçala”nın futbolçuları il ərzində çəkdikləri əziyyətin bəhrəsini görməyəcəklər. Çünki bu komandanı da SOCAR maliyyələşdirir. SOCAR-ı da qınamaq olmaz. Hansına pul ayırsınlar? “Neftçi”yə, “Kəpəz”ə, “Turan”a, yoxsa “Neftçala”ya???

Vaxtı ilə ANS telekanalında “Iç xəbər” proqramının aparıcısı Azər Məmmədovun “Gülümsəyin, cənablar, gülümsəyin” ifadəsi məşhurluq qazanmışdı. Bu gün həmin ifadə Azərbaycan futbolunun rəhbərlərinə, çempionatı keçirənlərə çox yaraşar. Gülümsəyin, cənablar, gülümsəyin, I divizonda eyni komanda 2 il ardıcıl çempion olur. Bir komanda meydana 9 nəfərlə çıxır. “Bakı” kimi akademiyası, futbolçusu, bazası olan komanda sonuncu yeri tutur. Gülümsəyin, cənablar, gülümsəyin.

Sizin apardığınız siyasətin “nəticəsi”dir ki, I divizon bir yana, Premyer Liqanın səviyyəsə günü gündən aşağı düşür. Əvvəl çempion mövsümün son turunda müəyyənləşirdisə, indi qızıl medalçının adı I dövrə əvvəldən məlum olur. Bütün bunlara baxmayaraq, hələ də “Azərbaycan çempionatı günü-gündən inkişaf edir” nağılına inanlar var. Gülümsəyin, cənablar, gülümsəyin... Gələn il Premyer Liqada oynamağa neçə hazır komanda var? Neçə klub yüksək liqada iştirak üçün lazım olan lisenziyanı ala biləcək? Hə, gülümsəyin, cənablar, gülümsəyin. Bizim Premyer Liqamız yeganə çempionatdır ki, iştirakçı komandaların tam siyahısı əvvəlki mövsüm yekunlaşanda yox, yeni mövsümün startına bir neçə gün qalmış müəyyənləşir...

FUTBOLXEBER.AZ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30