20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Bir fotodan daha artıq...(QEYD)

... VƏ YA “BAKI”NIN DAĞILMASINA İMKAN VERMƏK OLMAZ!

Gördüyünüz foto dünən axşam saatlarında “Bayıl Arena”da, I divizionun sonuncu - 26-cı turu çərçivəsində baş tutan “Şərurspor” - “Bakı” (0:2) oyunundan sonra çəkilib. Yox, bu qələbə sayəsində “Bakı” Premyer Liqaya vəsiqə qazanmayıb. Heç bu 3 xal komandanın mövsümü sonuncu pillədə başa vurmamasına da kömək etməyib. Mövsüm ərzində 15 xalı silinən “zolaqlılar” 26 oyundan 9-da qalib gəlib, 3-də heç-heçə etməsinə baxmayaraq, I divizionu son pillədə bitirib. Amma yenə də komanda mövsümü majot notda başa vurmağı bacardı.

Artıq iki ildir ki, mütəmadi olaraq “Bakı” dağıldı”, “Bakı”nın oyunçuları məşqləri boykot etdilər, oyuna çıxmayacaqlar” xəbərləri eşidirik. Amma komanda ayaqda durmağı bacardı. Başqa cür də ola bilməzdi. Hafiz Məmmədov kimi prezidenti, Yaşar Seyidov kimi icraçı direktoru olan klubun dağılmağa haqqı yoxdu. Hər nə qədər pulsuz qalsa da, “Bakı” mövsümü başa vura bildi. Reallığa baxsaq, bu özü də bir qəhrəmanlıqdır. “Bakı”nın özəlliyi həm də azarkeşlərindədir. Yox, paytaxt klubunun oyunlarına hazırda minlərlə azarkeş gəlmir. Bəzən stadiondakı fanat sayı heç 100-ü də keçmir. Amma yenə də gələnlər əsl azarkeşlərdir. Bu gün “Bakı”nı dəstəkləyənlər stadiona nəyinsə müqabilində, yaxud özlərini kiməsə göstərmək üçün gəlmirlər. Bu azarkeş klubu sevdiyi üçün gəlir. Bütün çətinliklərə baxmayaraq, azarkeşlər mövsüm boyu komandanı yalnız buraxmadılar. Soyuqda, yağışda, istidə “Bakı”nın oyunçuları meydana çıxarkən 20 nəfərin belə, onları dəstəklədiklərini gördülər. Azərbaycan futbolunun belə azarkeşlərə ehtiyacı var. Futbolumuzun həm də “Bakı” kimi komandaya ehtiyacı var. O cür bazası, akademiyası, stadionu, yetirmələri olan klubun dağılmasına imkan vermək olmaz!

Futbolxeber.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30