28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qarabağ”ı tərk etmək istəmirəm”

“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov Futbolxeber.az saytına müsahibə verib.

- Premyer Liqanın 34-cü turu çərçivəsində “Qarabağ” “Qəbələ”ni 2:0 hesabı ilə məğlub etdi. Görüş barədə nə deyə bilərsən?

- Oyunumuz yaxşı alındı. Çoxları düşünə bilər ki, “Qarabağ” artıq çempion olub, xala ehtiyacı yoxdur. Amma biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Komandada rahatlaşma ola bilməz. Hər görüşə ciddi yanaşırıq. Qazandığımız nəticə də göz qabağındadır.

- Mövsümün sonunda əksər komandaların gücü tükəndiyi halda, “Qarabağ”da bu hal müşahidə olunmur. Bunun səbəbi nədir?

- Bizim heyətimiz genişdir. Komandanın heyəti hər oyunda dəyişir. Buna görə də futbolçular yorğunluqdan, zədədən qaça bilir. Baş məşqçimizin düzgün işi sayəsində hər oyunda “Qarabağ” güclü təsir bağışlayır.

- “Qəbələ”nin “Qarabağ”a ciddi müqavimət göstərə bilməyəcəyini gözləyirdin?

- Həqiqətən də “Qəbələ” bizimlə oyunda çox zəif təsir bağışladı. Bu da heyətdəki itkilərdən irəli gəlir. Əgər Dodo, Arif Daşdəmirov, Rəşad Sadiqov, Rikardinyo oynaysadı, “Qəbələ”nin şansı daha çox olardı.

- Son görüşdə əsas heyətdən kənarda qalmağın nə ilə bağlı idi?

- Bu, baş məşqçimizin fikridir və ona hörmətlə yanaşırıq. Ötən oyunda start heyətində yer almışdım. Bu dəfə sonradan meydana daxil oldum. Bunda qeyri-adi heç nə yoxdur. Qurban Qurbanov hər bir futbolçunun gücünü nəzərə alır və yorğunçuluğa imkan vermir.

- Ölkə kubokunun finalında “Neftçi” ilə qarşılaşacaqsınız. “Qarabağ” ardıcıl ikinci il “Qızıl dubl” edə biləcək?

- “Neftçi” hazırda yüksəlişdədir. Yarımfinalda “Qəbələ”ni mübarizədən kənarlaşdırdılar. Çempionatda AZAL-ı, “Kəpəz”i məğlub etdilər. Yaxşı mübarizə aparırlar. Final çətin keçəcək. Amma bizim məqsədimiz “Qızıl dubl” etməkdir. Qoy, güclü qalib gəlsin.

- Mövsümün sonunda “Qarabağ”la müqavilən bitir. Gələcək karyeranla bağlı qərar qəbul etmisən?

- Komandada qalmaq istəyirəm. “Qarabağ”ı tərk etmək fikrində deyiləm. Hazırda bütün diqqətimizi kubokun finalına yönəltmişik. Həlledici qarşılaşmadan sonra danışıqlar aparacağıq. Gələcək inkişafım baxımından “Qarabağ”da qalmalıyam.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31