26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Sumqayıt”ın 150-ci qolu

“Sumqayıt” Azərbaycan çempionatlarında 150-ci qolunu vurub. Futbolxeber.az saytının məlumatına görə, yubiley qolu Azərbaycan Premyer Liqasının XXXIV turunun “Rəvan”la ev matçına təsadüf edib. Bu görüşədək hesabında 148 qol olan sumqayıtlılar 3:1 hesablı əzmkar qələbə ilə 150-ni arxada qoyub. Yubiley qolunu isə 71-ci dəqiqədə komandasını hesabda önə çıxaran Pərdis Fərcad-Azad vurub. Sumqayıtlılar 150-ci qolu Premyer Liqadakı 166-cı matçda vurub ki, bu oyunlarda 252 top buraxıb.

İndiyədək “Sumqayıt”ın 43 futbolçusu qol sevinci yaşayıb. Onlar 148 qol vurubsa, 3 dəfə də rəqiblər avtoqol müəllifi olub. 151 qola ən çox töhfə verən məhz Pərdisdir. Onun hesabında 22 qol var. Məhəmməd Qurbanov 18, Orxan Əliyev 14 dəfə fərqlənibsə, Amil Yunanov 10-cu – yubiley qolunu “Rəvan”la matçda rəqib qapısından keçirib.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30