19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Qriqorçuk: “Hazırda “Qarabağ” bizdən daha güclüdür”

Azərbaycan Premyer Liqasının XXXIV turunun “Qarabağ” - “Qəbələ” oyunundan (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Futbolxeber.az saytının məlumatına görə, ukraynalı mütəxəssis komandasının yenilgisini belə şərh edib: “Qarabağ”ı layiqli qələbə münasibətilə təbrik edirəm. Hazırda bu komanda bizdən daha güclüdür. Bu, turnir cədvəlində də, bugünkü qarşılaşmada da öz əksini tapıb. Matçın nəticəsi də oyuna görədir. Komandamızın oyununu elə qurmuşduq ki, müdafiədən hücuma lazımi səviyyədə keçək. Təəssüf ki, ilk yarıda iki qol buraxdıq. Bundan sonra ikinci hissədə daha aqressiv oynamalı, pressinq etməli idik. Amma komandamızda bu, çatmadı. Komandada bir liderin olmasını deyil, daha çox futbolçunun həm meydanda, həm kənarda belə keyfiyyətlərini göstərməsi daha yaxşıdır. “Qarabağ”ı digər komandalarla müqayisə etmək olmaz. Çünki bu komanda digərlərindən daha güclüdür. “Qarabağ”a qarşı həmin rəqiblərlə oynadığımız kimi çıxış edə, üstün futbol sərgiləyə bilmədik. Bu rəqibə qarşı öz oyununu göstərmək asan deyil”.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30