20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Toni Adams “Qəbələ”dən ayrılır

"Qəbələ" klubunun futbol direktoru Toni Adams tutduğu vəzifədən mayın sonlarında ayrılacaq. Futbolxeber.az saytının “Report"a istinun məlumatına görə, bu barədə ötənlərin əfsanəvi müdafiəçisi "The Guardian" nəşrinə açıqlamasında bildirib.

O, Danimarkanın "Bröndbü" klubu ilə danışıqlar apardığını təsdiqləyib: "Bəli, mən "Bröndbü" ilə baş məşqçi təklifi istiqamətində danışıqlar aparıram. Baş məşqçi işinə qayıtmaq üçün mayın sonlarında "Qəbələ"dən ayrılacağam. Hələ heç nə həllini tapmayıb. Əminəm ki, "Bröndbü" baş məşqçi postuna layiqli şəxsi tapacaq".

T.Adams Danimarka klubu ilə bir neçə həftədir danışıq aparır. 50 yaşlı mütəxəssisin "Brondbü"nün sahibi Yan Bex Andersenlə "Çelsi"nin kapitanı Con Terri vasitəsilə münasibətləri yaranıb. C.Terri onların ortaq dostu sayılır. Təyinat baş tutsa, o, İngiltərə "Arsenal"ında komanda yoldaşı olmuş Con Censeni özünə köməkçi götürəcək. "Bröndbü"nün sükanı arxasına keçməyə digər namizədlər "Suonsi Siti"nin köməkçi-məşqçisi Morten Uiqhorst və Farer adaları yığmasının baş məşqçisi Lars Olsendir.

"Qəbələ"nin baş meneceri Zaur Əzizov "Report"a açıqlamasında T.Adamsın klubdan ayrılma ehtimalının olduğunu təsdiqləyib: "Bu, əvvəlcədən də klubumuzla danışılmışdı. Amma rəsmi olaraq 100 faiz deyə bilmərik ki, ayrılacaq. Adamsa təkliflər var və onları dəyərləndirmək istəyir. Özü də bizimlə söhbətdə təkliflər aldığını və ayrılma ehtimalının olduğunu deyib. Dedi ki, təklifləri dəyərləndirmək istəyirəm".

Z.Əzizovun sözlərinə görə, futbol direktoru ilə anlaşma mayın sonlarında tərəflərdən birinin istəyilə pozula bilər: "Adams uzun illərdir klubumuzdadır. Bizim üçün yad adam deyil. Hər nə qədər əcnəbi vətəndaş olsa da, klub daxilində bizdən biridir. Qərarı klub daxilində müzakirə olunacaq. Amma rəsmi müraciət etməyib".

Qeyd edək ki, Toni Adams əvvəllər "Qəbələ"də baş məşqçi postunu tutub. Onun 2010-cu ilin mayından başlanan fəaliyyəti 18 ay çəkib. Sonradan T.Adams klub prezidenti Tale Heydərovun müşaviri də olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30