25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Anyete: “Bu qələbəyə ehtiyacımız var idi”

“Meydana qələbə üçün çıxmışdıq. Bu qələbəyə ehtiyacımız var idi. Görüş maraqlı keçdi. Yekunda da istədiyimiz nəticəni qazandıq”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin hücumçusu Anyete deyib.

AZAL üzərində 3:1 hesablı qələbəni şərh edən ispan forvard qeyd edib ki, kubokda finala yüksəlmələri komandanın əhval-ruhiyyəsinə müsbət təsir göstərib: “Qəbələdəki oyundan sonra özümüzə daha çox güvənirik. Çalışacağıq ki, uğurlu çıxışımızı qarşıdakı görüşlərdə də davam etdirəm”.

AZAL-ın qapısına yol tapan Anyete öz çıxışını belə dəyərləndirib: “Əvvəldən mənim üçün hər şey çox çətin idi. Hər oyunda meydana çıxdıqca bir qədər gücləndim. Artıq qollar vurmağa başlamışam. Əlimdən gələni edəcəyəm ki, novbəti görüşlərdə də komandamın qələbəsində pay sahib olub”.

“Neftçi”nin futbolçusu növbəti turda “Kəpəz”ə qarşı keçirəcəkləri oyundan da söz açıb: “Bizi Gəncədə çox çətin oyun gözləyir. Bu mövsüm “Kəpəz”i məğlub edə bilməmişik. Bu seriyaya son qoymaq istəyirik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30