29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Prosineçki: “Portuqaliyaya 3 qolu biz hədiyyə etdik”

Milli komandamızın baş məşqçisi Robert Prosineçki Premyer Liqanın 33-cü turu çərçivəsində baş tutan "Neftçi" - AZAL oyunu zamanı brifinq keçirib. Futbolxeber.az saytının əməkdaşının da suallarını cavablandıran xorvatiyalı mütəxəssisin müsahibəsini təqdim edirik:

- Qarşılaşma haqda nə deyə bilərsiz?

- Daha əvvəl AZAL-ın qalib gəldiyi qarşılaşmalar çox olub. Lakin bu dəfə oyunları alınmadı. “Neftçi” 3 qol vurdu.

- AZAL-ın heyətində hansısa futbolçunu bəyəndiniz?

- Bu oyunda Murad Səttarlı iştirak etmirdi. Digər oyunçulardan isə ürəyimcə olanı yoxdur.

- U-17 millimiz Avropa çempionatındakı ilk oyununda Portuqaliyaya 0:5 hesabı ilə uduzdu. Həmin qarşılaşma haqda fikirləriniz necədir?

- Portuqaliya çox güclü komandadır. Hətta Avropa çempionatının favoritlərindəndir. Azərbaycana 5 qol vursalar da, 3 qolu biz hədiyyə etmişik.

- Ümumiyyətlə, U-17 millimizdən nə gözləyirsiz?

- Sabah Belçika ilə oyun var. İndidən nələrin baş verəcəyini demək çətindir. Millimizin 0:5 hesablı məğlubiyyətdən sonra toparlanması və qarşıdakı qrup oyunlarına köklənməsi çətin olacaq.

- Futbol mövsümü başa çatmaq üzrədir. Çempinonatımızla bağlı hansı fikirdəsiz?

- Keçən ilə nisbətən çempionat daha çətindir. Ötən il çempionat hazırkından güclü idi. "Neftçi", "İnter" komandalarını misal çəkə bilərəm. İndi isə onlar lazımi səviyyədə deyillər.

- Millinin qarşıdan təlim-məşq toplanışı və 3 yoldaşlıq görüşü gəlir. Yeni futbolçu olaraq, Premyer Liqanın bombardirləri sırasında yer alan Amil Yunanovu dəvət etməyiniz mümkündür?

- Yunanov ötən mövsüm "Qəbələ"nin əvəzedicilərdən ibarət komandasında çıxış edib. Hazırkı klubu "Sumqayıt" isə çox pis oynayır. Amil yaxşı oyunçudur. Amma yetərincə yaxşı səviyyədə olan futbolçular var ki, onları milliyə cəlb edə bilərəm. Məsələn, Dmitri Nazarov, Rəhman Hacıyev, Elvin Camalov yaxşı oynayır, yaxşı formadadırlar.

- Camalov yarımmüdafiəçidir. O, çətin ki hücum xəttini gücləndirə bilsin...

- Normal hücumçu yoxdur. Nə deyə bilərəm? Yunanovun müəyyən bacarığı var, amma milli səviyyəsində deyil.

- Bəs hücumçu problemini necə həll etmək fikrindəsiz?

- Çox çətindir. Hardan tapa bilərik? Necə oynamışıqsa, elə də davam edəcəyik.

- Millimizdən nə gözləyirsiniz?

- Düşünürəm ki, indi əvvəlkindən daha yaxşı oynayırıq. Vəziyyəti düzəltməyə çalışacağıq. Çətin qrupa düşmüşük. Almaniya, Çexiya və Şimali İrlandiya Avropa çempionatının final mərhələsinə yüksəlib. Almaniya nəinki Avropa, dünya çempionatlarının favoritidir.

- San-Marino üzərində qələbə gözləyə bilərik?

- Düşünürəm ki, San-Marinonu yenə bilərik. Həmçinin, ötən tsikldə heç-heçə etdiyimiz Norveçlə, eləcə də Çexiya ilə qarşılaşmalarda da yüksək nəticə göstəməyimiz mümkündür.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31