17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Feyenoord" Stenley Brardı "Qəbələ"yə yola saldı

"Feyenoord" Futbol Akademiyanın keçmiş, “Qəbələ” Futbol Akademiyasının yeni direktoru Stenli Brardı Azərbaycana, dəqiq desək, Qəbələyə yola salıb. Futbolxeber.az-ın məlumatına görə,, vida məqsədilə təşkil olunmuş xüsusi mərasimdə klubun baş meneceri Erik Qad bildirib ki, hollandiyalı mütəxəssis səkkiz mövsüm "Feyenoord"a xidmət etdikdən sonra karyerasını Qafqaz ölkəsində davam etdirəcək. Yolasalma mərasimi barədə "Feyenoord"un internet səhifəsində xəbər yerləşdirilib. Məlumatda Qad Brardın akademiyadakı işini yüksək qiymətləndirərək deyir: "Səkkiz il bundan əvvəl Stenli direktor vəzifəsinə yeni təyin olunanda akademiyanın gələcəyi barədə müəyyən şübhələr var idisə, hazırda diqqət yetirsəniz, aşağı yaş qruplarının hansı səviyyədə olduğunu görərsiniz. Bu gün "Feyenoord"da tam cədvəllə təhsil verilir və bu, Niderland futbolunda görünməmiş haldır. Onun futbolun inkişafına dair özünəməxsus baxışları var. O, məşqçilərdən ibarət mütəxəssis komandası yetişdirib.

Yekunda son illər onunla birgə çalışmış əməkdaşlar Brardla xatirə şəkilləri çəkdirib və mütəxəssisə gül dəstələri təqdim ediblər. “Qəbələ” Futbol Akademiyasının yeni direktoru səmimiyyətə görə təşəkkürünü bildirərək kollektivdən ayrılıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30