20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Çingiz Abdullayev: “Neftçi” üçün ikinci yer də uğurlu nəticə deyil”

“AZAL-la oyunumzu yaxşı alındı. Çoxları deyirdi ki, bilinmir “Neftçi” “Qəbələ”ni necə keçib. Özünüz də gördünüz ki, bu komandamız necə oynadı. Futbolçuları da təbrik etdim”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib.

Tanınmış yazıçı qeyd edib ki, “Neftçi” üçün ikinci yer də uğur deyibl: “Bu mövsüm yaxşı nəticə qazanmadığımızı bilirik. Amma yavaş-yavaş irəliyə gedirik. Avrokuboklara hələ vəsiqə qazanmamışıq. Məqsədimiz “Neftçi”nin layiqli yerini tutmasıdır. “Neftçi” üçün heç ikinci yer də uğur deyil. Ötən il kubokun finalına yüksələndə komandamızın heyətində 8-9 legioner vardı. Amma bu gün əsas heyətdə 8-9 yerli, özü də gənc oyunçu meydana çıxır”.

Çingiz Abdullayev hazırda məşqçi dəyişikliyi haqda düşünmədiklərini vurğulayıb: “Hazırda məşqçi barədə düşünmürük. Qarşıda 4 həlledici oyunumuz var. Həmin görüşləri keçirdikdən sonra bu haqda fikirləşmək olar”.

“Neftçi”nin rəhbəri “Qarabağ”la kubok oyununun “Əlincə Arena”da keçiriləcəyi haqda yayılan xəbərlərə belə münasibət bildirib: “Bu stadionu çox bəyəndim. Lakin kubokun finalı ilə bağlı məsələni mən həll etmirəm”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30