28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"10-a yaxın matçda bundan iki dəfə yaxşı oynasaq da, qələbə qazanmamışıq”

Azərbaycan Premyer Liqasının XXXIII turunun “Zirə” - “Qəbələ” oyunundan sonra (0:3) “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Futbolxeber.az saytının məlumatına görə, ukraynalı mütəxəssis qarşılaşmanı belə şərh edib:

“Zirə” ilə görüşdə yaxşı oynadıq və 3 qol da vurduq. Bu mövsümdə 10-a yaxın matçda bundan iki dəfə yaxşı oynasaq da, qələbə qazanmamışıq. Arxada qalan matçlarımızda belə təzadlar olub. Lakin təzad ifadəsi bugünkü matça aid deyil. Bu dəfə qol imkanlarından yararlanmağın dəyərini gördük. Qollar vuruldu və nəticədə də qalib gəldik. Rəqibin oyununu dəyərləndirə bilmərəm. Bu komandaya hörmətlə yanaşdığımı söyləyərdim. “Neftçi” ilə kubokdakı qarşılaşmadan sonra futbolçularla sakit tərzdə söhbət etdim. Həmin matçda pis oynamamışdıq. Xeyli qol imkanlarımız olsa da, onlardan istifadə edə bilməmişdik. Həm də yarımfinalın ilk görüşündə hakimlər də bizə mane olmuşdu. Bunlar da finala çıxmamağımızın səbəbləridir. Əgər biz yaxşı oynamışıqsa, futbolçularla sərt danışmağa ehtiyac yoxdur. İki kubok matçında qol vura bilmədiyimiz 10 epizod yaratdıq. Futbolda belə hallar olur. Bilirik ki, ustalıq səviyyəsini qaldırmalıyıq. Həmin matçlardan sonra futbolçularımı tərifləyib, istədiyimə yaxın oynadıqlarını dedim. Hücumları sonluğa çatdırmağın üzərində isə hələ çalışmalıyıq”.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31