25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Qəbələ”nin üzvlərindən çempionluq şərhi

Ötən tur əvəzedici heyətlərin mübarizəsində 2015/2016 mövsümünün qalibi müəyyənləşib. Futbolxeber.az saytının məlumatına görə, "Qəbələ" əvəzediciləri sona 4 tur qalmış çempionluğunu təmin edib.

Ramin Quliyevin yetirmələri 32-ci turda "Neftçi"ni qəbul edib. 4:0 hesabı ilə qalib gələn komanda ikinci pillədə qərarlaşan "Sumqayıt"la xal fərqini 13-ə çatdırıb.

Qeyd edək ki, bu, Ramil Quliyevin komandada ilk mövsümüdür. Məşqçi ilk cəhddən qızıl medalları qazanmaqla "Qəbələ"nin tarixinə düşüb.

Çempionata uğursuz start verən və 5 turdan sonra sonuncu pillədə qərarlaşan komanda sonradan qazandığı ardıcıl qələbələrlə zirvəyə yüksəlib.

Komandanın hücumçuları Ehtiram Şahverdiyev - 20, Ramil Hasanov - 17 qolla çempionatın bombardirlər siyahısına başçılıq edirlər.

Mövsüm ərzində əvəzedici heyətin bir neçə futbolçusu əsas komandanın matçlarında meydana çıxıb.

Onu da əlavə edək ki, komanda mövsümün ikinci yarısında indiyə qədər keçirdiyi görüşlərdə məğlub olmayıb. 14 görüşün 11-ini qələbə ilə tamamlayan əvəzedicilər cəmi 3 oyunda xal itirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30