19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

AVRO-2016: “Deyə bilmərəm ki, Bakıya gətirdiyim heyətdə İbrahimoviç kimi futbolçular var”

“İlk dəfədir ki, Azərbaycandayıq. Burada yaxşı nəticə qazanmağa çalışacağıq”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri İsveçin 17 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Maqnus Vikman deyib.

O, Bakıda keçiriləcək Avropa çempionatında çox güclü qrupda yer aldıqlarını vurğulayıb: “Püşkatmada bəxtimizin müəyyən qədər gətirmədiyi fikri ilə razıyam. Dünyanın ən güclü 2 komandası olan Fransa və İngiltərəyə qarşı mübarizə aparmalı olacağıq. Amma asan təslim olmaq fikrimiz yoxdur. Əlimizdən gələni edəcəyik ki, çempionatda sözümüzü deyək”.

“Bu gün İsveç millisində gələcəyin Zlatan İbrahimoviçi varmı” sualını Vikman belə cavablandırıb: “Deyə bilmərəm ki, Bakıya gətirdiyim heyətdə İbrahimoviç kimi futbolçular var. Bunu demək çox çətindir. Amma komandamızda yaxşı futbolçular cəmləşib. Bununla belə, məqsədimiz komanda oyunu sərgiləməkdir”.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30