24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qarabağ” tarixinin rekordunu təkrarladı

Azərbaycan Premyer Liqasının XXXII turunda “Zirə”ni 2:0 hesabı ilə məğlub edən “Qarabağ” ardıcıl 9-cu qələbəsini qazanıb. Futbolxeber.az saytının məlumatına görə, Ağdam klubu sonuncu dəfə XXIII turda xal itirib. Fevralın 27-də “İnter”lə səfər oyununda 1 xalla kifayətlənən (1:1) ağdamlılar 65 gündür xal itirmir. Bu müddətdə çempion “Zirə” və “Sumqayıt”ı 2:0, “Qəbələ”ni 2:1, “Rəvan”ı 5:1, “Xəzər Lənkəran”ı 2:1, “Kəpəz”i 4:0, “Neftçi”ni 2:1, “İnter”i və yenidən “Zirə”ni 2:0 hesabı ilə məğlub edib. 9 qələbə zamanı 23 qol vuran komanda 4 top buraxıb.

Bununla da “Qarabağ” tarixinin rekordunu təkrarlayıb. Belə ki, əyalət klubunun Azərbaycan çempionatları tarixindəki ən uzun qələbə seriyası da 9-a bərabər idi. 2010-2011-ci illərdə Qurban Qurbanovun yetirmələri indiki kimi ardıcıl 9 matçda 3 xal qazanmışdı. 2010/11 mövsümündə “Neftçi”yə iki məğlubiyyətin (0:1, 0:2) arasında növbə ilə “İnter”lə “Simurq”u 1:0, “Muğan”ı 2:0, “Xəzər Lənkəran”ı 2:1, “Qəbələ”ni 3:0, “Kəpəz”i 1:0, “Turan”ı 5:1, “İnter”i 2:0, AZAL-ı 1:0 hesabı ilə məğlub edib, 9 oyunda ümumi 18:2 hesabı ilə qalib gəlmişdi (pfl.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30