28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Hamı “Qarabağ”dan ÇL-in qrupunda oynamağı gözləyir”

“Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov ardıcıl üçüncü çempionluğu rəsmiləşdirdikləri “Zirə” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- “Qarabağ” “Zirə”ni 2:0 hesabı ilə məğlub edərək, çempionluğunu rəsmiləşdirdi. Oyun barədə nə deyə bilərsən?

- Oyun çətin alındı. Rəqib zəif deyildi.”Zirə” çempionatda ikinci pillədə qərarlaşıb. Bu görüşdə qələbə bizə çox lazım idi. Qalib gəlməklə çempionluğu rəsmiləşdirmək istəyirdik. Buna da nail olduq. Rəqibin əsas hücumçusu çempionatın bombardiri olan Bonilladır. Onu zərərsizləşdirib, lazımi nəticəni qazandıq.

- Çempionluq artıq təmin olundu. Bəs, “Qızıl dubl” etmək mümkün olacaq?

- Çempionluğu rəsmiləşdirsək də, rahatlaşmaq olmaz. Kuboku da qazanaraq, ötənilki nəticəni təkrarlamaq istəyirik. Artıq kubokun cavab matçına hazırlaşmalıyıq.

- Əvvəlki 2 mövsümlə müqayisədə “Qarabağ”ın budəfəki çempionluğunun daha asan başa gəldiyini söyləmək mümkündür?

- Hər çempionluq çətin alınır. Rəqiblər bizə qarşı ildən ilə daha ciddi hazırlaşırlar. Maliyyə məsələlərinə görə çempionatdakı bəzi komandalar zəif təsir bağışladı. Lakin yenə də çempionluğu asan qazandığımızı düşünmürəm.

- Ardıcıl çempionluqlardan hansı sənin üçün daha əzizdir?

- Müqayisə aparmaq istəməzdim. “Qarabağ”da bütün işlər yüksək səviyyədə həll olunur. Klub rəhbərliyi futbolçuların rahatlığı üçün əlindən gələni edir. Ona görə də budəfəki çempionluqda baş məşqçimizin və rəhbərliyin əziyyəti böyükdür. Bu, onların uğurudur.

- “Qarabağ” çempionluğu rəsmiləşdirsə də, sanki komanda üzvləri çox sevinmirdilər. Bu, rəqabətin güclü olmamasından irəli gəlir?

- Yox, sadəcə olaraq qarşıda kubok oyunu var. Daha çox o haqda düşünürük.

- Son 2 ildə Avroliqanın qrupunda oynayan “Qarabağ” bu dəfə eyni uğura Çempionlar Liqasında imza ata biləcək?

- Məqsədimiz budur. Hamı bizdən ÇL-in qrup mərhələsində oynamağı gözləyir. Bunun üçün nə lazımdı edəcəyik. Amma nəzərə almaq lazımdır ki, ÇL-də rəqiblər daha güclü olur.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31