29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Əmrah Çəlikəl: “Məqsədimiz kuboku da qazanmaqdır”

“Çempion olduğumuz üçün çox şadıq. Çalışacağıq ki, bu il də Azərbaycanı Avropada layiqli şəkildə təmsil edək”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib.

Ağdam klubu Premyer Liqanın 32-ci turunda “Zirə”ni 2:0 hesabı ilə məğlub etməklə ardıcıl üçüncü çempionluğunu rəsmiləşdirib.

Əmrah Çəlikəl futbolçuları mükafatlandıracaqlarını qeyd edib: “Klub prezidenti Tahir Gözəl ölkə xaricində olduğu üçün bu gün stadionda deyildi. Amma qarşılaşmaya baxırdı. Komandanı, azarkeşləri çempionluq münasibəti ilə təbrik etdi. Rəhbərlik futbolçuları hər zaman olduğu kii, yenə də ən yaxşı şəkildə mükafatıandıracaq. Məqsədimiz kuboku da qazanaraq, “qızıl dubl” etməkdir”.

Əmrah Çəlikəl yeni transferlərin olub-olmayacağı ilə bağlı sualı belə cavablandırıb: “Hələ çempionat başa çatmayıb. Çempionat bitdikdən sonra bununla bağlı çalışmalarımıza başlayacağıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31