25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Şenol Günəş: “Beşiktaş”ın “Qarabağ”la qarşılaşmasından şərəf duyarıq”

Bu gün Türkiyə Superliqasının 31-ci turu çərçivəsində keçirilmiş "Beşiktaş" "Kayserispor" üzərində 4:0 hesablı qələbə qazanıb . Futbolxeber.az saytının məlumatına görə, “Beşiktaş”ın baş məşqçisi Şenol Günəşin oyunsonrası mətbuat konfransda iştirak edənlər arasında olimpsport.az-ın əməkdaşı da olub. Türkiyəli jurnalistlərlə yanaşı, həmyerlimizin də sualını cavablandıran Şenol Günəş “Qarabağ” haqda məlumatlı olduğunu vurğulayıb:

- “Qarabağ”la dostluq oyunu keçirməkdən şərəf duyarıq. Həm Azərbaycanla da birgəliyimiz var. Eyni duyğuları paylaşırıq. Ölkə olaraq, millət olaraq birlikdəyik. "Qarabağ" haqqında məlumatım var. Hücumçuları səhv etmirəmsə, Reynaldodur. Çox gözəl oyunçudur. Mən onu keçən il “Bursaspor”da işlədiyim zaman izləmişdim və hətta transferini fikirləşirdim də. Komandanı tanıyıram. Avropa kuboklarında çox yaxşı nəticələr qazanıb . Düşünürəm ki, bu komanda ilə Bakıda, ya da Türkiyədə qarşılaşmaq çox gözəl olardı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30