25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Vüqar Bəybalayev: “Bu, “Xəzər Lənkəran”a qarşı haqsızlıq olar”

“Xəzər Lənkəran”ın üzvü Vüqar Bəybalayev AZAL-la oyundan sonra Futbolxeber.az saytının əməkdaşının suallarını cavablandırıb.

- AZAL-a 0:1 hesabı uduzduğunuz görüş haqda nə deyə bilərsən?

- Oyuna yaxşı başlamışdıq. Qol vurmaq üçün bir neçə şansımız oldu. Lakin yenə də həmin epizodları dəyərləndirə bilmədik. Bilmirəm bunu bəxtsizliklə əlaqələndirmək olar, ya yox. Fasilədən sonra zəif təsir bağışladıq. Bunun da nəticəsində qapımızda qol gördük. Müdafiədəki ani diqqətsizlik məğlubiyyətimizə gətirib çıxardı.

- Ardıcıl neçənci oyundur ki, “Xəzər Lənkəran” meydanı xalsız tərk edir...

- Məğlubiyyətə görə çox təəssüflənirəm. Bu gün azarkeşlərimizi sevindirmək istəyirdik. Meydana xal qazanmaq üçün çıxmışdıq. Qələbə qazana bilməsək belə, heç olmasa 1 xal arzusundaydıq. Amma bacarmadıq. Çalışacağıq ki, növbəti oyunlarda fanatlarımıza xal hədiyyə edək.

- Qapınızda qol gördükdən sonra klub rəhbərliyi stadionu tərk etdi. Buna münasibətin necədir?

- Xəbərsizəm. Heç bilmirdim ki, klub rəhbərliyi oyuna stadiondan baxır. Oyun zamanı fikrim ancaq meydanda olur.

- Belə təəssürat yaranır ki, “Xəzər Lənkəran”ın oyunçuları sanki meydanda çox aqressivdirlər. Həqiqətən elədir, yoxsa kənardan belə görünür?

- Meydana çıxanda ancaq qələbə barədə düşünürük. Qol buraxan kimi, yaxud real qol şansını qaçıranda hamı əsəbləşir. Bu da yaxşı hal deyil. Çalışacağıq ki, növbəti oyunlarda qələbə qazanaraq, gərginliyi üzərimizdən ataq.

- Demək olar ki, Premyer Liqanı tərk edəcək komandanın adı son turda keçiriləcək “Rəvan” - “Xəzər Lənkəran” oyununda müəyyənləşəcək?

- “Rəvan”la oyunun necə vacib olduğunu bilirik. Lakin çalışacağıq ki, həmin görüşə qədər arada xal fərqi yaradaq. Məqsədimiz sonuncu tura qədər Premyer Liqadakı yerimizi qorumaqdır.  

- Adın “Zirə” ilə yanaşı hallanır. Bu komandadan təklif almısan?

- Çempionat bitməmiş belə söhbət etmək düz deyil. Bu, “Xəzər Lənkəran”a qarşı haqsızlıq olar. Hazırda məni ancaq qarşıdakı oyunlar maraqlandırır.

- Mövsümün birinci yarısında “Rəvan”da çıxış edirdin və qışda “Xəzər Lənkəran”a keçdin. Peşman deyilsən?

- Yox, peşman olmamışam.

- “Xəzər Lənkəran”da özünü daha yaxşı tərəfdən göstərirsən. Razısan bu fikirlə?

- Bəli, razıyam. Həqiqətən də burada özümü daha yaxşı göstərdim. “Xəzər Lənkəran”a gəlməyim xeyrimə oldu. Burda “artırdım”. Məşqçinin tələbi də fərqlidir. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30