19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qəbələ”dən inanılmaz göstərici: 100 xal, 155 qol

AFFA-nın aşağı yaş qrupları üzrə komandalar arasında təşkil etdiyi liqalarda növbəti oyunlar keçirilib. Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ”nin U-19 komandasının “Bakı” ilə qarşılaşması rəqib matça gəlmədiyindən baş tutmayıb. Bu matçla bağlı qərarı AFFA-nın İntizam Komitəsi verəcək. “Qırmızı-qaralar” 18 oyundan sonra 49 xalla 2-ci pillədə qərarlaşıb.

Bakcell U-17 Liqasına yekun vurulub. “Qırmızı-qaralar” “İnter”lə son turun səfər oyununda 3:1 hesabı ilə qalib gəlib. 26 matçda 63 xal toplayan “Qəbələ” 2-ci pilləni tutub. Komandanın hücumçusu Cavidan Qasımlı 21 qolla bombardirlər yarışında 3-cü olub.

Çempionluğu mövsüm başa çatmamış rəsmiləşdirən U-15 də son matçını keçirib. “Qəbələ” səfərdə “Rəvan”ın qapısına 11 cavabsız qol vurub. Bununla da “qırmızı-qaralar” çempionatı 100 xalla bitirib. 34 oyunda 33 qələbə qazanıb, 1 heç-heçə edən komanda 155 qol vurub, 13-nü buraxıb.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30