2 Aprel 2026, Cümə axşamı
Millimiz FIFA reytinqində irəlilədi
"Kəpəz" 6500 manat cərimələndi
Sevinməyin adamına görə dəyişməkliyi
Vaqif Cavadov Azərbaycan millisində

Ölkə futbolu

Xaqani Məmmədov “qələt edir” ifadəsinə aydınlıq gətirdi

Bu gün hakimlər və jurnalistlərlə görüş zamanı Xaqani Məmmədovun “Qəbələ”nin futbolçusu Rəşad Sadiqov haqda danışarkən “qələt edir” ifadəsindən istifadə etməsi heç də birmənalı qarşılanmayıb.

Futbolxeber.az saytının məlumatına görə, tədbirdən sonra keçirilən mətbuat konfransında “Futbol+” qəzetinin əməkdaşı X. Məmmədova bununla bağlı sual verib. Komitə sədri məsələyə belə ayındınlıq gətirib: “Rəşad Sadiqov müsahibəsində hakim haqda təhqiredici ifadələr işlətmişdi. O həmin sözləri deyəndə niyə buna qarşı çıxmırdız?”

Xaqani Məmmədovun bu sözlərindən sonra Futbolxeber.az saytının əməkdaşı həmin müsahibədə iştirak etdiyini və “Qəbələ”nin futbolçusunun hakimlər haqqında qeyri-etik ifadə işlətmədiyini vurğulayıb. Bundan sonra Xaqani Məmmədov, “o zaman mənə məlumatı düzgün çatdırmayıblar” deyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30