Ölkə futbolu
Peşəkarlığınıza... quzu kəsim YAZI
Bu həftə “nədən yazım” sualı üzərində xeyli baş sındırmalı oldum. Çünki “tema” N qədər idi. AFFA-nın Türkiyə Superkubokundan imtina etməsi, millimizin növbəti biabırçılığı, Ruslan Abışovun qeyri-peşəkar açıqlaması, “Neftçi”də baş verən qəribə olaylar və s. və i.a. Amma yekunda qərara gəldim ki, bütün bunları “mix” edib, yenə də qeyri-peşəkarlıqdan cızma-qara edim. Əslində, 2 həftə ardıcıl qeyri-peşəkarları qınamağım səbəbsiz deyil. Ötən həftə yazdığım “Qeyri-peşəkarların peşəkarlıq sevdası” adlı yazı özümə ləzzət elədi. Yox, bunu “risovkalıq” kimi qəbul etməyin. Mən nə öz yazısını bəyənlərdən, nə də yazıb, sonra müxtəlif adlardan öz yazısına “komment” göndərənlərdənəm. Özümü heç peşəkar köşə yazarı da hesab etmirəm. Çünki mənim üçün bu günə kimi idman mətbuatında bircə əsl köşə yazarı olub ki, o da rəhmətlik Adil Qaçayoğlu idi. Ondan sonra mənim özümə köşə yazarı deməyim, pis də çıxmasın, Ədalət Şükürovun özünü Rəşid Behbudovla bir sıraya qoymasına bənzəyər. Rəhmətlik Adil bəyin yazıları ilə “525-ci qəzet”in veteranlarından olan Aydın Bağırovun sayəsində tanış olmuşam. Onunla ilk və sonuncu görüşümüz də (çox təəssüf ki, tanrı Adil bəyi aramızdan tez apardı) elə “525”in redaksiyasında baş tutdu. Amma günlərində birində Aydın mənə “Adil bəy, sənin Zidan haqqında yazını bəyənib” deyərkən, göydə uçurdum. O cür köşə yazarından xoş söz eşitmək nəyə desən dəyərdi. Uzun sözün qısası, Adil Qaçayoğludan sonra idman mətbuatında əsl köşə yazarı görməmişəm və bu gedişlə heç görməyəcəm də. Adil bəy, söz ustası idi, o sözün həqiqə mənasında sözlə oynamağı bacarırdı. Daha indikilər kimi kiminsə “şey”indən, “zad”ından yazmırdı. Ötən həftəki yazımı tam başqa məqama görə bəyəndim. Belə ki, yazıdan 1-2 gün sonra “Futbol+” qəzetində “Bakı”nın baş meneceri Zeynal Məmmədovun (bəlkə də baş menecer vəzifəsinin qarşısında sabiq yazmalıydım. Çünki deyilənə görə, “Bakı” rəhbərliyi tamamilə istefaya göndərilib. Amma buna inanmıram. Çünki bu hal bundan öncə də bir neçə dəfə yaşanıb və bütün hallarda klubun prezidenti Hafiz Məmmədov başda doğma qardaşı Zeynal bəy olmaqla digər rəsmilərin də günahından keçib. Ona görə bu dəfə də eyni ssenarinin təkrarlanacağına inanıram) açıqlamaları ilə tanış olarkən gözlərimə inanmadım. Zeynal bəy, təxminən belə demişdi ki, Rəşad Abdullayevlə hələ müqavilə imzalayıblar. Bunun üçün yeni baş məşqçinin yolunu gözləyirlər. Onun haqda məşqçi qərar verəcək. Bu sözləri oxuyandan sonra dedim ki, deyəsən yazını oxuyub və nəticə çıxarıblar. Axı qeyd etmişdim ki, Əfran İsmayılovla müqavilə imzalanması qeyri-peşəkarlıqdı. Birdən yeni baş məşqçi Əfranı bəyənməsə, necə olacaq? Çox şükür ki, “Bakı” rəsmiləri gec də olsa ayılıblar və Əfranla bağlı yalnışlığı Rəşad Abdullayevdə təkrarlamayıblar. Buna görə onlara “əhsən” düşür. Kaş ki, digər klublarımız da belə qısa zaman kəsiyində peşəkarlaşmağa cəhd edərdilər. Amma təəssüf ki, “Neftçi”də bu gedişlə peşəkarlığın heç “karlığ”ı da qalmayacaq. Axı, hər dəfə sayta xəbər qoyanda “Neftçi”nin qabağına PFK (yəni ki Peşəkar Futbol Klubu) yazmaqla, peşəkarlıq olmur. Peşəkarlığı əməldə sübut etmək lazımdı. Ötən mövsüm lazımı transferlər və qazanılan tarixi nəticə ilə “ağ-qaralar” hər kəsin rəğbətini qazandı. Amma bu il komanda ötən mövsüm qazandığım “bravo”ları xərcləməklə məşğuldu. Söhbət heç “Neftçi”nin kriminal kluba çevrilməsindən də getmir. Burada söhbət komandadakı “yarpaq tökümü”ndən gedir. Komandada əməlli-başlı pul davası gedir. Vobay artıq Kiprə getmək üzrədi. Deyilənə görə, APOEL-dən yaxşı təklif alıb. Ramos ötən mövsüm göstərdiyi stabil oyunu gözə soxaraq, daha yaxşı şərtlər tələb edir. Kanales isə qiymətini “dvaynoy” artırıb. N qədər qol vurduğunu qabardan çilili hücumçu ötən mövsüm aldığı 300 min dollarla qane deyil və indi rəhbərlikdən 550 min tələb edir. Bu, belə də olmalıydı. Günah təbii ki, “Neftçi”dədir. Daha doğrusu, adını çəkdiyim həmin əcnəbilərlə cəmi 1 illik müqavilə imzalayan klub rəsmisində. Əslində bu 1 il söhbəti tək “Neftçi”nin bəlası deyil. Yəqin ki, əcnəbilərlə 1 illik müqavilə imzalayanlar aldıqları oyunçunun zay çıxmasından ehtiyatlanırlar. Ya da qorxurlar ki, 2-3 illik müqavilə imzalayıb, Borets və Savinovdan canını qurtara bilməyən “Bakı”nın gününə düşərlər. Bir sözlə, vəziyyət olduqca mürəkkəbdir. Çempionlar Liqasının qrup mərhələsinə iddia edən komanda “onurğa sütunu”nu itirmək üzrədi. Vobay, Kanales, Ramos kimi futbolçuları itirəndən sonra “Neftçi”nin ÇL-in qrupuna düşməsi bir yana, heç keçənilki uğurunu təkrarlayacağı inandırıcı deyil. Hər nə qədər Tahir Süleymanov “lazım olsa, onlardan da yaxşını gətirərik” desə də, inanmayın. Birincisi, gətirənsiz elə gətirin də. Daha niyə Ramos, Vobay və ya Kanalesin əlində gilinc olmusunuz? İkincisi də ki, 200-300 minə onlardan da güclü oyunçu tapmaq mümkün deyil. Qiymətlərdən xəbərimiz var. Klublarımıza baxanda AFFA-nın vəziyyəti daha kritikdi. Əminliklə söyləmək olar ki, AFFA-dakılarda peşəkarlığın dozası artıq qıcqırıb. Təsəvvür edin ki, Lüksemburq millisinin baş məşqçisi Lük Holtsun mətbuat konfransında azərbaycan dilini bilən təcrüməçi olmayıb. Mənim kimi fransızcası “0” olan həmkarlarımız da matdım-matdım Holtsun sifətinə baxıblar ki, görəsən, nə deyir. Sonra da AFFA-nın ən çox işləyən əməkdaşlarından olan Mikayıl Nərimanoğlu günahı atıb, hansısa tərcüməçinin boynuna. Hələ mən AFFA-nın Türkiyə Superkuboku uğrunda matçdan imtina etməsindən danışmıram. Deyirlər ki, klublarımızın avrokuboklar oyunları, eləcə də hərbçilərin dünya çempionatı var. Hə, bir də deyəsən, Maltayla yoxlama oyunumuz. Bütün bu sadaladıqlarımı tərəzinin bir gözünə qoysaq, “Qalatasaray” – “Fənərbaxça” derbisinin heç beşdə biri etməyəcək. Kimə lazımdı hərbçilərin dünya çempionatı, ya da Malta ilə oyun? Lüksemburqu uda bilmirlər, Maltanı gətirirlər ki, 2-3-ünü vurub, “futbolumuzda inkişaf var” deyib, goplasınlar. Guya camaat kordu. Öz meydanında Lüksemburqu uda bilməyən yığmadan nəsə gözləməyə dəyər? Əsla! Superkubokdan imtina etdiklərinə görə, AFFA-dakıları da qınamıram. Yəqin qorxublar ki, “Fənərbaxça”nın “oxrana”ları “Qalatasaray”lıları döyər, biz də zibilə düşərik. Ümumiyyətlə, Azərbaycan millisindən danışmağa dəyməz. Özümə söz vermişəm ki, Foqts və onun “day-day”ları əlini yığmadan çəkməyənə qədər Azərbaycanın 1 nömrəli futbol komandasından geniş yazmayacağam. Sadəcə Elxan Məmmədova demək istərdim ki, Coko Haciyevskini millidən kənarlaşdırarkən bəhanə gətirdiz ki, Qazaxıstanla qolsuz heç-heçə oynadıq və bu nəticəyə görə də makedoniyalı, sözün həqiqi mənasında mütəxəssis olan Coko postundan uzaqlaşdırıldı. Yaxşı, bəs, 2 oyunda Lüksemburqu uda bilməyən baş məşqçini niyə saxlayırsız? Millinin Lüksemburqu uda bilməməsi AFFA rəsmilərinə də pis təsir edib. Marketinq, nə bilim nə departamentinin rəhbəri Cavid Qarayevin təzyiqi necə qalxıbsa, “istefa” qışqıran azarkeşləri söyüb. Berti Foqts kimi baş məşqçisi olan, Lüksemburq kimi komandanı uda bilməyən millinin oyununda axı azarkeşin nə işi var ki, sonra da söyülsün? Bu biabırçılığa son qoymağın yalnız 1 yolu var – millinin oyununa getməmək. Eybi yoxdu, qoy Azneftin işçiləri doldursun stadionu. Onları nə söyən olacaq, nə də döyən. Həmin Cavid Qarayevə isə üzümü tutub, demək istəyirəm ki, görəsən, nə vaxtsa cibindən 1 manat pul xərcələyib və Azərbaycan millisinin oyunna bilet alıb? Söyülməyə layiq Azərbaycan millisini bu günə salanlardı. Günah heç futbolçularda da deyil. Necə olur ki, Foqtsun bəyənmədiyi, ağız büzdüyü futbolçular Helsinkidə Finlandiyanı, Bakıda Belçikanı “sürüyə” bilirlər, amma Lüksemburqu uda bilmirlər? Ruslan Abışov da oyundan sonra çıxıb deyir ki, “bu cür azarkeşlər bir daha stadiona gəlməsinlər”. Başa düşmədim Ruslan? Kimsə stadiona gəlib-gəlməmək üçün səndən icazə almalıdır? Abışovu hər zaman normal insan kimi tanımışıq. Amma “Rubin” deyəsən, onu da yoldan çıxarıb. Ya elə bilirsən ki, qol vurmusansa hər nə istədiyini deyə bilərsən? Yox, Ruslan yanılırsan. Unutma ki, azarkeş pul verib, bilet alırsa, millidən nəticə tələb etməyə də haqqı var, istefa qışqırmağa da.
Şahin ZÜLFÜQAROV, “Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Avropa çempionatında möhtəşəm nəticə
-
18:49
Azərbaycan kuboku: "Zirə" finalda (YENİLƏNİR)
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib
-
14:56
“ETOPAZ”ın baş sponsorluğu ilə “Fire League”da növbəti tur başa çatıb FOTOLENT
-
14:30
“Zirə”nin kapitanı: “Məqsədimiz finala çıxmaqdır”
-
14:03
"Səbail" məşqlərini davam etdirir FOTOLENT
-
13:41
Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
-
13:27
Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
-
12:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
12:34
"Yurqorden" rəsmisi Musa Qurbanlının gedişini istisna etmədi
-
12:19
"Neftçi" "Qarabağ" önünə iki itki ilə çıxacaq
-
11:08
Avropa çempionatı: Beş boksçumuzun beşi də uduzdu
-
10:52
Azərbaycan kuboku: Hakim təyinatları açıqlandı
-
10:36
"Arsenal" "Çelsi"ni darmadağın etdi VİDEO
-
10:23
Samir Abasov - əvvəl “El Klasiko”, sonra Xavi ilə görüş FOTOLENT
-
10:11
"Latsio" "Yuventus"u məğlub etsə də... VİDEO
-
09:59
Güləş üzrə U-17 Azərbaycan çempionatı start götürüb
-
09:47
"Beşiktaş" səfərdən heç-heçə ilə qayıtdı VİDEO
-
21:48
“Qəbələ” “Zirə” ilə cavab oyununa itkilərlə çıxacaq
-
21:11
U-17 millimiz Belarusa məğlub oldu
-
21:00
"Füzuli" "Şəmkir"i məğlub etdi VİDEO
-
18:39
"Azərreyl" Azərbaycan çempionu oldu
-
17:52
"Sumqayıt" - "Qarabağ" oyununa nə qədər bilet satılıb?
-
17:04
Yarımfinal oyunlarına təyinatlar açıqlandı
-
16:45
Kadi: “Mən həmişə hazıram”
-
16:17
Azərbaycanın U-17 millisi Belarusda turnirə qatılacaq
-
15:36
“Neftçi”nin legioneri: “Fürsət düşsə, Rumıniyaya qayıdardım”
-
14:53
Millimizin rəqibi Baltik kubokunda yarışacaq
-
14:21
Valdemar Almeyda: “İlk üçlükdə olmaq üçün bütün oyunlarda qalib gəlməliyik”
-
14:08
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
-
13:49
"Olimpiadada Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram"
-
13:34
AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
-
13:12
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
12:55
"Qarabağ"ın uğurlarına sevinirəm, amma "Neftçi" mənə daha əzizdir" VİDEO
-
12:27
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
-
12:06
Şeydayevin qaçırdığı qol şansları... VİDEO
-
11:43
Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
-
11:18
"Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik"
-
10:50
"Final görüşünün əhəmiyyətini başa düşürdük"
-
10:39
Avropa çempionatı: Ülviyyə Fətəliyevadan maksimum nəticə
-
10:24
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
10:12
Masaki Murata: “Bu tip insanlar həmişə problem axtarır”
-
09:57
Milan derbisində 3 qol, 3 qırmızı vərəqə VİDEO
-
09:41
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
-
09:28
"Roma" öz meydanında "Bolonya"ya uduzdu VİDEO
-
00:10
Diniyev - Şeydayev mübarizəsində kim sevindi?
-
20:38
“Neftçi” rəhbərliyi I Liqa klubunun prezidenti ilə görüşdü