Ölkə futbolu
Xaqani Məmmədov - Tahir Süleymanov qarşıdurması: “Tüpürüm sədrliyinə”
“Hərdən “Futbol saatı”na baxıram, Tahir Süleymanov orda çıxış eləyir. Mən o dostlara deyirəm ki, siz Tahiri verilişə çıxarmaqla biabır edirsiniz. O, ağlına gələni danışır. İnsanları aldadır və bunu elə rahatlıqla edir, elə bil, belə də olmalıdır. Suyu bulandıran da məhz odur. Ondan soruşan lazımdır ki, sən hakimlikdə kim olmusan?!”
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri futbolpress.az-a açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
X. Məmmədov “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanovun hakimliyinə də söz atıb: “Bu adam özünü nə hesab eləyir? Tahir Süleymanov hakimlik karyerası boyu hələ bir dəfə olsun, nə normativ verib, nə imtahan verib. 20 il əvvəlin qaydalarıyla danışır, hər şeyə də köhnə qaydalarla münasibət bildirir. Ayıbdır, vallah. Hə şeyin bir həddi var. Mən ona yaxşı cavab verəcəm. Hazırlanır. O, qələt elədiyini ya bilmir, ya da özünü bilməzliyə vurur. Elə bilir qarşı tərəfdən ona nəsə deyən yoxdursa, saymırlarsa, o da ağzınagələni danışa bilər”.
Xaqani Məmmədovun bu açıqlamasına cavab gecikməyib. Süleymanov futbolpress.az-a açıqlamasında keçmiş həmkarına sərt şəkildə cavab verib:
“Xaqani Məmmədov, sən çaşdın. Şərait yaratdın ki, sənə sənin səviyyəndə cavab verilsin. Nə vaxtdan özünü söz sahibi hesab edirsən? Tüpürüm o sədrliyə. Yadından çıxıb, bir il əvvəl AFFA-da söhbət dolaşanda ki, “Tahir Süleymanov komitəyə gəlir” - özünə yer tapmırdın. Dəfələrlə bildirmişəm, bir daha deyirəm, heç vaxt komitəyə gəlmək düşüncəm olmayıb və olmayacaq da. O komitəyə sənin kimi “marianetlər” lazımdır. Havadarların bilsin, sən çox böyük qələt elədin. Yadından çıxıbsa, yadına salım, "Neftçi"nin bazasında yalvarmışdın ki, Rövnəq Abdullayevlə görüşməyinə şərait yaradılsın. Guya Ramin Musayev sənə imkan vermir çalışmağa. Qoy havadarların da bilsin, ağzından vurulub, AFFA-ya geri qaytarılmısan. Yoxsa “Neftçi”də çalışdığım dönəmdə hakim haqsızlığına görə federasiyaya gəlib, epizodları sübut eləyib, gözünə soxduğumuz yadından çıxıb?! Azərbaycanın ilk FIFA referisi adını (sən də daxil) sənin nəslin-kökün mənə verməyib. Mən normativ verməmişəm? 1995-ci ildə Hollandiyada sən mənim yerimə normativ vermisən? Normativ verməyən bir şəxs olub orda, o da məşhur Kollina. Yaddaşın çaşıb yoxsa?! Azərbaycanda normativ verməmişəm. Sən axı bilirsən bunu. Çünki sənin kimi yaltaqlıq hesabına hakimlik edə-edə qeyri-qanuni sədri vecimə almamışam. Normativ verməmişəm və çıxıb hakimlik etmişəm. Bu necə ola bilərdi. Özünü niyə tutdurub biabır edirsən, ay bədbəxt?! Tahir Süleymanovun Azərbaycan futboluna verdiyi xeyirin 1 % -ni verməmisən. Verə də bilməzsən. Dəfələrlə "Futbol saatı" na dəvət olunmusan, qorxundan gəlməmisən debata. Belə cəsarətlisən, gəl, qələtini ekran qarşısında qabağımda elə. Sən kimsən ki, ölkənin ən populyar futbol proqramlarından birini ittiham edəsən? Tahir Süleymanov "Neftçi" ilə Avropa Liqasının qrup oyunlarında hakimlərə qaydaları izah edib komandanı müdafiə edirdi, yoxsa qələtini edən Xaqani Məmmədov? Hakimlər Komitəsinin sədri kimi bütün beynəlxalq qaydaları pozub, "Qarabağ"a qarşı olunan haqsızlığa görə mətbuat konfransına çıxıb, hakimi qərəzçilikdə ittiham etməyin yadından çıxıb? Sən qayda öyrədəcəksən mənə? Nə oldu, açıq qapı elan edirsən; hansı FIFA , UEFA qaydalarında yazılıb hakimlərin oyununu millət qarşısında müzakirə etmək? Qələt edə-edə psixologiyadan dəm vurursan. Quyruğun qapı arxasında qalıb, ona görə. Qələt edib, çox pis çaşdın. Yuxunuz ərşə çəkilir Tahir Süleymanovun adı gələndə. Sənin hakimlik, sədrlik səviyyənə bələd idim. Amma bu qədər qələt edib, çaşmağını bilməzdim. Sonda bütün oxuculardan bu tərz cavaba görə üzrxahlığımı bildirirəm. Hərəyə dərk etdiyi səviyyədə cavab vermək lazımdır. Bir daha xalqımıza bəyan edirəm: heç vaxt komitə iddiasında olmamışam və sona qədər bu fikirdə qalacam. Bu, kölgəsindən qorxan, xəstə təxəyyüllu insanların məhsuludur. Bu gün Hakimlər Komitəsi sədrliyi Xaqani Məmmədov kimi qələt sahibi olan yaltaqlara yaraşır. Bütün dövrlərdə səninkimilərə ehtiyac olub - istifadə eləməkçün”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” "İmişli"ni məğlub etdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
-
23:29
Millimizin qələbəsi VİDEO
-
22:51
Ayxan Abbasovdan qələbə şərhi
-
22:30
İqor Angelovski: “Azərbaycan D divizionunda olmağa layiq deyil”
-
21:48
Millimiz Tacikistana qalib gəldi
-
20:56
"Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə start verib
-
20:24
Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib
-
19:17
"Sumqayıt"dan növbəti transfer
-
18:43
Türkiyəli futbolçu 25 yaşında vəfat edib
-
18:05
La Liqa klubunda yeni baş məşqçi
-
17:39
U-20 millimizə 25 futbolçu çağırıldı
-
17:22
Yuri Maksimov: “Mümkün qədər üst sıralara qalxmalıyıq”
-
16:51
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bilet alan azarkeşlərin pit-leyn gəzintisi baş tutub
-
16:40
Yuri Maksimov rəsmən “Araz-Naxçıvan”da
-
16:16
Rassel: “Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik”
-
15:37
Azərbaycan - Tacikistan oyununa necə baxaq?
-
15:04
Lekler: “Bakı trasında yarışmaqdan zövq alıram”
-
14:48
"Sumqayıt" onunla gücləndi
-
14:23
Alabanın yeni klubu müəyyənləşdi
-
13:59
Şahruddinlə Zubir yenidən bir arada
-
13:35
Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib
-
13:12
"Zaqatala"nın futbolçusuna sərt cəza verildi
-
13:00
AFFA 5 klubu cərimələdi
-
12:41
"Formula 1": Bakı Bulvarında əyləncə zonası fəaliyyətə başlayır
-
12:26
AFFA "İmişli"nin legionerini 4 oyunluq cəzalandırdı
-
11:57
Misirli voleybolçu karyerasını Azərbaycanda davam etdirəcək
-
11:34
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
-
11:08
“Xankəndi”nin Xankəndiyə qayıdışına 1 ay qalıb
-
10:43
“Kasıblar”ın lideri – “Şamaxı”
-
10:29
Avropa çempionatı: Daha 3 boksçumuz yarımfinalda
-
10:15
"Borussiya"nın yeni baş məşqçisi müəyyənləşdi
-
09:52
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
-
22:33
Daha iki cüdoçumuz dünya çempionu oldu
-
20:15
Ayxan Abbasov: “Sabah qalib gəlmək istəyirik”
-
19:54
Rəhman Daşdəmirov: “Tacikistan millisi futbol oynaya bilir”
-
19:00
Aneqlovski: “6 il əvvəlki ilə indiki Azərbaycan millisini müqayisə etmək istəməzdim”
-
18:48
Nazarov: “Azərbaycandan təklifim olmayıb”
-
18:31
“Qarabağ”dan fanşopla bağlı yenilik
-
18:16
Azərbaycan və Yunanıstan arasında idman sahəsində əməkdaşlıq müzakirə edilib
-
17:53
Güləş millilərimizin məşqçiləri üçün təlim proqramı təşkil olunub
-
17:42
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
17:05
Elçin Usub: “Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
-
16:23
Qadın futbolçularımız Qarabağ Universitetində tələbələrlə görüşüblər
-
15:57
Litvalı basketbolçu "Naxçıvan"a keçib
-
15:35
Puta qəsəbəsində idman zalı və minifutbol meydançasının açılışı olub
-
14:44
"Sumqayıt"ın məşqçilər korpusu müəyyənləşib
-
14:18
ÇL: "Araz-Naxçıvan"ın oyunlarının təqvimi açıqlandı
-
13:21
“Turan Tovuz” - "Fənərbaxça” oyununa böyük maraq: 1 saata 6 min bilet satıldı
-
13:00
İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
-
12:36
Hardasan, ay inkişaf?..
-
11:59
"Formula 1" pilotu Pyer Qasli: "Bakıdakı yarışı bəyənirəm"
23.09.2026
22.09.2026
























