6 Iyul 2025, Bazar günü
İmad Faraj rəsmən “Neftçi”də
“Turan Tovuz”da 3 yeni təyinat
"Zirə" Türkiyəyə getdi
“Boavişta”nın müdafiəçisi “Kəpəz”də

Ölkə futbolu

Əliyar Ağayev cəzalandırılacaq - RƏSMİ

"Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Neftçi" - "Qəbələ" matçında səhvə yol verən Əliyar Ağayev cəzalandırılacaq". Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

Komitə sədri baş hakim Əliyar Ağayevin matçın 74-cü dəqiqəsində baş verən epizodla bağlı qərarını səhv adlandırıb: "O ana qədər yaxşı idarə edirdi. Ancaq həmin epizodda hakim səhvi olub. Çempionlar Liqasının 1/4 finalında keçirilmiş "Atletiko" - "Barselona" maçtında Nikola Ritsoli qonaqların penaltisini vermədi. Nə oldu? Başını kəsdilər? Hakim də insandır və o da səhv edə bilər. Bu səhvə görə cəzalanacaq. Əliyar dünəndən özünə gələ bilmir. Bir daha qeyd etmək istəyirəm ki, hakim də insandır və səhv edə bilər".

Qeyd edək ki, aprelin 27-də keçirilmiş "Neftçi" - "Qəbələ" matçının 74-cü dəqiqəsində meydan sahiblərinin qapıçısı Aqil Məmmədov cərimə meydançası daxilində "qırmızı-qaralar"ın üzvü Aleksey Qaya qarşı kobud oynayıb. Matçın baş hakimi Əliyar Ağayev həmin epizodu simuliasiya kimi qiymətləndirib və ikinciyə sarı vərəqə göstərib. Matç 1:1 hesabı ilə başa çatıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31