Ölkə futbolu
Zaur Əzizov: “Əliyar Ağayevə nəsə deməyə utanıram, amma o eşitməkdən utanmır”
“Qəbələ”nin baş meneceri Zaur Əzizov Futbolxeber.az saytına müsahibə verib.
- Ölkə kubokunun yarımfinal mərhələsinin ilk görüşündə “Qəbələ” səfərdə “Neftçi” ilə heç-heçə oynadı. 1:1 hesabı ilə yekunlaşan görüş haqda nə deyə bilərsiz?
- Maraqlı qarşılaşma alındı. Komandamız mövsümdəki ən yaxşı oyunlarından birini sərgilədi. Böyükhesabla qalib gələcəyimiz görüş idi. Amma alınmadı. Nəticəyə pis demək olmaz. Çünki səfərdə qol vurmuşuq. Düşünürəm ki, eyni oyunu Qəbələdə də göstərib, finala adlayacağıq.
- Hiss olunur ki, baş məşqçi və futbolçular kimi klub rəhbərliyi də hakimlərdən narazı qalıb.
- Biz heç vaxt hansısa künc zərbəsinə, auta və ya cəriməyə görə danışmamışıq. Bundan sonra da danışmayacğıq.Amma bu mövsüm başda Əliyar Ağayev olmaqla, bir çox hakimlər oyunun nəticəsinə təsir edən səhvlərə yol veriblər. Təmiz qol vurmuşuq, saymayıblar. Qapımıza vurulan olmayan qollar hesaba alınıb. Penaltilərin sayı-hesabı yoxdur. Əliyar Ağayevin idarə etdiyi 3-4-cü oyundur ki, hakim nəticəyə birbaşa təsir göstərən səhvə yol verir. Hansı oyunumuza gəlirsə, həmişə belə olur. “Qəbələ” klubu olaraq hamının hörmətini saxlayırıq. Çalışırıq hakimliklə gündəmə gəlməyək. Lakin hazırda elə vəziyyət yaranıb ki...Bundan o tərəfi yoxdur. Əliyarın özünə də etirazımızı bildirdik.
- Özünə necə haqq qazandırdı?
- Həmişə kimi danışdı. Başqa nə deyəcək ki? “Mən belə gördüm”. Ancaq biz “mən belə gördüm”lərdən doymuşuq. Bu cür sözlər eşitməyi artıq geridə qoymuşuq.
- Sizcə “Qəbələ”nin əleyhinə qəbul olunan qərarlar nədən qaynaqlanır?
- Bunu hakimlər özləri yaxşı bilər. Sürümək necə olursa, bizə qarşı elə də edirlər. Açıq-aşkar “Qəbələ”ni sürüyürlər. Oyunun nəticəsinə təsir edir edən səhvlərə yol verirlər. Adi oyun epizodları olsaydı, heç buna görə ağız da açmazdıq.
- Roman Qriqorçuk iddia edir ki, “Qəbələ” cari mövsümdə hakim səhvlərinə görə 15 xal itirib. Onun dedikləri ilə razısız?
- Əlbəttə. Hətta mən deyərdim ki, xal sayı 15-dən də çoxdur. Bir mövsüm ərzində 15 xal zarafat deyil. Hakimlər bu qədər ön planda olmalı deyillər.
- Necə düşünürsüz, “Qəbələ”yə qarşı yönələn qərəzli qərarlar nə vaxta kimi davam edəcək?
- Mən Əliyara nəsə deməyə utanıram, amma o eşitməkdən utanmır. Nə qədər söz demək olar? Heç vaxt hakimlərin idarəçiliyinə görə səs-küy salmaq fikrimiz olmayıb. Amma danışmamaq da olmur. Meydanda Əliyar Ağayev tək deyildi. Ondan başqa 5-6 hakim də var. Necə olar bilər ki, onlardan heç biri epizodu görməsin?
- AFFA-nın çıxardığı qərara əsasən, “Qəbələ” Ruslan Əmircanova 40 min dollar ödəməlidir. Çıxarılan qərar sizi qane edir?
- Biz Ruslan Əmircanovun öhdəliklərini tam yerinə yetirmişik. Bu günə qədər “Qəbələ”yə saysız-hesabsız futbolçu gəlib-gedib. Amma belə hal heç vaxt olmayıb. Mümkündür ki, maaşda müəyyən müddət gecikmə olsun. Bu da hər yanda ola bilər. Bir daha təkrar edirəm ki, Əmircanov qarşısında ödəliklərimizi yerinə yetirmişik. Özü də biz heç vaxt şifahi şəkildə danışmırıq. Hər şeyi faktlarla göstəririk. Lazım olan bütün sənədləri də AFFA-ya təqdim etmişik. Futbolçunun iddiasının cəmi 25-30 faizi təmin edilib. Amma bu qərarla da razı deyilik.
- Deməli, qərardan apellyasiya şikayəti verəcəksiniz?
- Hazırda bu barədə dəqiq bir söz deyə bilmərəm. Yaxın günlərdə məsələni klubun daxilində müzakirə edəcəyik.
- AFFA-nın çıxardığı qərarı futbolçunun qələbəsi kimi təqdim olunması fikri ilə razısız?
- Bu, hüquqi məsələdir. Hər iki tərəfin öz iddiası, öz əsasları var. FIFA-da minlərlə belə iş var. Udanda heç kim bayram etmir. Qarşı tərəfin də bu qərardan razı qaldığını düşünmürəm. Çünki onun istəklərinin yalnız çox az qismi təmin olunub. Bir daha təkrar edirəm ki, biz hər zaman futboçular qarşısında öhdəliklərimizi tam yerinə yetiririk. Elə futbolçular var ki, zədə alıb, mövsüm boyu oynamayıb, rəqabətdə uduzaraq heyətə düşməyib. Lakin heç kimlə belə problem yaşanmayıb.
- Müqavilə imzalanarkən yerli və legioner futbolçular arasına fərq qoyulması haqda deyilənlərin nə qədər əsası var?
- Belə bir fikir irəli sürmək üçün heç bir əsas yoxdur. Biz heç vaxt oyunçular arasında fərq qoymuruq. Hər hansı fərq qoyulsaydı, bu gün Ruslan Əmircanov AFFA-ya müraciət edə bilməzdi. Bu gün onun əlində sənədlər varsa, deməli heç bir fərq qoyulmur.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
-
18:39
“Qarabağ” "Zirə”yə qalib gəldi
-
18:06
“Qəbələ” yaponlara məğlub oldu
-
17:43
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
-
16:25
“Turan Tovuz” və “Fənərbaxça” nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLENT
-
15:51
"Qəbələ" albaniyalı yarımmüdafiəçi transfer etdi
-
15:18
“Mançester Yunayted” ona yeni sözləşmə təklif edəcək
-
14:32
“Komo”nun yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
14:00
“Barselona”da yeni müqavilə
-
12:49
Monteneqro millisi Latviyadan 3 xalla qayıtdı VİDEO
-
12:27
Gimnastlarımız İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
-
11:54
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
-
11:36
“Qarabağ”ın qapıçısı İsveçlə matçı ehtiyatdan izlədi
-
11:13
Millidə Puxaçın xidmətinə ehtiyac duyulmadı
-
10:45
"Neftçi" "Araz-Naxçıvan"dan üstün oldu VİDEO
-
10:21
Beynəlxalq Cüdo Federasiyasının prezidenti “Dostluq” ordeni ilə təltif edildi
-
10:08
Varkonyinin millidə debütu yenə təxirə salındı
-
09:52
Türkiyə millisi Belçikaya da uduzdu VİDEO
-
09:30
Yankoviç oynadı, komandası 3-də 3 etdi
-
22:16
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
21:27
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bilindi
-
20:41
"Sumqayıt" mövsümə qələbə ilə başladı
-
20:08
Futzal millimizin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib
-
19:35
“Fənərbaxça” Bakıda
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:56
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
-
16:37
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
-
16:11
II Liqada 10 oyunun vaxtı açıqlandı
-
15:48
“Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
-
15:25
Ayxan Hüseynov: “Bu heç-heçə məğlubiyyətə bərabərdir”
-
15:09
Məşhur rusiyalı futbolçu karyerasını başa vurdu
-
14:52
Üzgüçülərimiz Dünya Kubokunda rekorda imza atıblar
-
14:34
"Kəpəz" U-19 millimizlə heç-heçə etdi
-
14:16
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
13:40
Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
-
13:23
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
-
12:51
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
12:17
Füzuli Məmmədov: “Bizim üçün hər qarşılaşma vacibdir”
-
11:38
“Şahdağ Qusar”dan növbəti qələbə
-
11:05
“Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
-
10:42
Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
-
10:29
Millimizin biabırçı heç-heçəsi VİDEO
-
10:14
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
03.10.2026
02.10.2026
























