19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qarabağ”ın futbolçusu: “Bombardir olmağım lətifəyə bənzəyir”

“Azərbaycan çempionatında çox yaxşı rəqabət var. Hər komanda bizə qarşı “döyüşür”. Bu üzdən də asan qələbə olmur”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Dani Kintana deyib.

İspaniyalı legioner vətənində verdiyi müsahibəsində Azərbaycan Premyer Liqasının səviyyəsi haqda fikirlərini açıqlayıb: “Lakin iqtisadi böhran Azərbaycan çempionatına da təsirsiz ötüşməyib. Buna baxmayaraq, iki komandanın Avropa Liqasına düşməsi Premyer Liqa ümumi səviyyəsini qoruya da bilib”.

Dani son vaxtlar çempionatımıza gələn ispaniyalıların uyğunlaşmada problemi olmamağını da qabardıb: “İspaniyalılar bu ölkəyə yaxşı uyğunlaşır. Burada həmyerlilərim çox olduğundan bir-birimizi tapıb, ünsiyyət qurmağımız asandı. Bir çox ölkədə çıxış etmişəm və Azərbaycanla onlar arasında böyük fərq görmürəm. Təbii ki, din və mədəniyyətdə fərqlənirlər. Amma orada da istədiyinizi tapmaqda çətinlik çəkmirik. Azərbaycanda İngiltərə və İspaniya çempionatlarına marağın da böyük olduğunu müşahidə edirəm”.

10 qolla bombardirlər yarışının liderləri sırasında olan Kintana bildirib ki, hər qarşılaşmada yüksək səviyyədə oynamağa çalışır: “Hansısa fərdi mükafat iddiasında deyiləm. Ayrı-ayrı oyunların hər birinə bütün bacarığımı nümayiş etdirmək üçün çıxıram. Bizim üçün əsas kollektiv uğuru. Bunun da nəticəsində ən yüksək səviyyədə çıxış edə bilirik və bunu hər il Avropada göstəririk. Mənim vəziyyətimdə bombardir olmağım lap lətifəyə bənzəyir. Axı mən hücumçu deyiləm, hücumameylli yarımmüdafiəçiyəm. Bu üzdən hətta vurmalı olduğumdan da artıq qola sevinmişəm”.

Kintana 2015-ci ilin martında “Qarabağ” keçib, bir müddət oynaya bilməməyini də xatırlayıb: “Qarabağ” rəhbərliyi hələ 2014-cü ilin yayında mənimlə əlaqə saxlamışdı. Amma həmin vaxt mənim transferim çox baha idi. Bu üzdən keçidim alınmadı və mən Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna keçdim. Lakin orada işlərim yaxşı getmədiyindən azad agent statusu aldım. Bilirdim ki, artıq iki klubda oynadığımdan mövsümün son 6 ayını heç yerdə çıxış edə bilməyəcəyəm. Belə vəziyyətdə “Qarabağ” məni xatırladı və onların təklifini müsbət dəyərləndirib, Azərbaycana yollandım”.

Mənbə: apasport.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30