25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Kəpəz” sabah məşqlərə başlayacaq

Azərbaycan Premyer Liqasının XXXI turunda səfərdə “Sumqayıt” üzərində qazanılan qələbədən (2:3) sonra “Kəpəz”in futbolçularına iki günlük istirahət verilib. Futbolxeber.az saytının məlumatına görə, komanda məşqləri sabah Bakıda bərpa edəcək.

Çempionatın XXXII turunda Gəncədə “Rəvan”ı qəbul edəcək “sarı-göylər” aprelin 28-nə kimi paytaxtda hazırlıq keçəcək. Nizami yurdunun təmsilçisi ayın 29-da isə doğma şəhərə qayıdacaq. Komandanın Bakı klubu ilə oyundan öncəki məşqi həmin gün Gəncə şəhər stadionunda keçiriləcək. Hazırlıq prosesi saat 16:00-da başlayacaq, azarkeşlər və mətbuat üçün açıq olacaq.

Qeyd edək ki, “Kəpəz” - “Rəvan” qarşılaşması aprelin 30-da saat 15:00-da start götürəcək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30