29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qarabağ"ın bu büdcə ilə Avropada savaşması şərəfdi"

“Qarabağ”ın fəxri-prezidenti Abdolbari Gözəlin müsahibəsi

- Vaxtilə “Qarabağ”ın prezidenti idiniz, sonra fəxri-prezident oldunuz. Abdolbari bəy bu iki dövr arasında klubda hansı dəyişikliyi hiss etdi?

- Heç bir dəyişiklik olmadı. Çünki oğlum Tahir bu işlə məşğul olur. Mənə, onsuz da, hörmət əlaməti olaraq fəxri-prezident deyirlər. Tahir özü prezidentdi, mənim oğlumdu. Hədəfimiz eynidi, fərq eləmir. “Azərsun” “Qarabağ”ı böyüdüb bu səviyyəyə gətirib. Bundan sonra da dəstəyini davam etdirəcək.

- “Qarabağ” ardıcıl 3-cü ildi çempionluğa çox yaxındı. Komandanın gələcəyini necə görürsünüz?

- Bilirsiniz, qədim bir məsəl var: daş dığırlanar, öz yerini tapar. Klubun məşqçisi də, onun heyəti də uğura inanmış fəlsəfə insanlarıdı. Onlar özündənrazı adamlar deyil. Qurban Qurbanovun necə təvazökar olduğuna fikir verin. Normalda komanda qələbələr qazandıqca baş məşqçi özünə yer tapmır, yerə-göyə sığmır. Amma baxın, Qurban müəllimdə belə hallar olurmu? O, daha çox xidmət eləməyi düşünür. Bu cür insanlarla çalışmaq bizim fəlsəfəmizə tam uyğundu. Elələri var ki, yaxşı futbol oynayırlar, ancaq onlarda insani fəlsəfə, məntiq olmur. Klubda bunu tuta bilmirlər. İstər meydanda, istərsə də kənarda hər şeyi pozurlar. “Qarabağ”ın bir ahəngdə oynaması avropalıları da təəccübləndirir. Burda “mən” yox, “biz” var. Müvəffəqiyyətimizin əsas səbəbi də budu.

- Sizcə, “Qarabağ” bu il Çempionlar Liqasının qrup mərhələsinə düşə biləcəkmi?

- İnşallah. Bu barədə düşünürük, arzu edirik. Bu, hamımızın xəyalıdı. Amma asan da deyil. Çünki orda iştirak edən klublar illərdi böyük büdcələrlə oynayır, külli miqdarda pullar xərcləyirlər. Bizim bu büdcə ilə gedib onlarla savaşmağımız belə, bir şərəfdi.

- Bu mövsüm Azərbaycan çempionatında “Qarabağ”ın rəqibi yoxdu. Komandanın bu üzdən rahat çempion olduğu deyilir. Buna münasibətiniz maraqlı olar...

- Niyə, komandalar pis deyillər. Bəziləri zəifləyib, bəziləri də güclənib. “Qəbələ”, “Zirə”, “Kəpəz” çox inkişaf ediblər. “Qarabağ”ın beynəlxalq arenada oynaması ona əlavə üstünlük verir. Yerli komandalar üçün də “Qarabağ” bir Avropa klubudu. Hamısı canla-başla çalışır ki, “Qarabağ”a qol vursun, şərəf olsun. Bir sözlə, “Qarabağ” da onların Avropasıdı.

- Transferlər üçün xərcləri artıracaqsınız, yoxsa indiki komanda sizi qane edir?

- Hələ ki, büdcəni azaltmamışıq. Çalışırıq nəyin bahasına olursa-olsun, klubu zəiflətməyək. “Qarabağ” təkcə bir futbol klubu deyil. Bu komanda Qarabağın adını daşıyır. Bəlkə bir gün torpaqlar azad olsa, bunun bir mənası olar. Amma bu gün “Qarabağ” zəifləməməlidi. Bu komandanı sona qədər dəstəkləyəcəyik.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31