20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

1 may, 20:45: “Qarabağ” çempionluğunu rəsmiləşdirə bilər

Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində baş tutacaq “Zirə” - “Qarabağ” görüşü maytın 1-i, 19:00-da start götürəcək. Futbolxeber.az saytının məlumatına görə, bu görüşdə Ağdam klubu çempionluğunu rəsmiləşdirə bilər. Belə ki, hazırda əsas rəqibini 12 xal qabaqlayan “Qarabağ” mayın 1-də qələbə qazansa, son 4 turun nəticələrindən asılı olmayaraq, mövsümü qızıl medalla başa vuracaq.

Matç heç-heçə, yaxud da “Zirə”nin qələbəsi yekunlaşacağı təqdirdə isə Qurban Qurbanovun komandasının çempionluğu rəsmiləşdirmək istəyi ən azı 1 turluq təxirə düşəcək.

Qeyd edək ki, cari mövsümdə öz meydanında “Zirə”ni hər iki oyunda məğlub edən “Qarabağ”, Zirədə baş tutan yeganə görüşdə heç-heçə ilə kifayətlənib. “Zirə” isə cari mövsüm Premyer Liqada öz meydanında heç bir rəqibə uduzmayıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30