19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

"Oyunda bəzilərinin ayaqları əsir"

U-21 milli komandamızın qapıçısı, seçmə mərhələnin ilk oyununda dünən Makedoniyaya qarşı matçda 90 dəqiqə meydanda olan Andrey Popoviç qarşılaşmadan sonra Futbolxeber.az saytına müsahibə verib.

- Millimiz ilk oyununda Makedoniya ilə qolsuz bərabərə qaldı. Matç haqda nə deyə bilərsən?

- Nə deyə bilərəm ki? Qələbə qazana bilmədiyimizə görə çox təəssüflənirəm. Fikrimcə, heç də pis oynamadıq. Qələbə qazana bilərdik. Xüsusən də rəqib azlıqdan sonra. Amma say üstünlüyündən də istifadə edə bilmədik.

- Qələbə qazanmağımıza nə mane oldu?

- Birinci hissədə rəqibdən qorxurduq. Amma bunun nədən qaynaqlandığını da bilmirəm. İkinci hissədə daha yaxşı oynasaq da, bəzi epizodlarda ustalıq səviyyəsinin aşağı olması özünü göstərdi.

- Deyirsən ki, ilk hissədə komanda rəqibdən qorxurdu. Bu, nədən irəli gəlirdi?

- Bunun konkret hansı səbəbdən qaynaqlandığını bilmirəm. Belə götürəndə məşqlərdə hər şey yaxşıdır. Amma oyuna çıxanda bəzi oyunçuların ayaqları əsir.

- Fasilədə paltardəyişmə otağına baş məşqçi Bernhard Lippert komandaya hansısa irad bildirdi?

- Dedi ki, komanda irəlidə daha cəsarətli oynamalıdır.

- Makedoniya ilə qarşılaşmaya əsasən millimizin oyununda inkişaf olduğunu demək olar? Yoxsa, hər şey elə əvvəlki kimidir?

- Hesab edirəm ki, indiki komanda son illərdəki ən güclü U-21 yığmasıdır.

- Bir qədər də əsas millidən danışaq. Lüksemburqla oyuna baxdın?

- Baxdım. Düşünürəm ki, uşaqların bəxti gətirmədi. Xeyli sayda qol epizodu yaratsalar da, bunun yalnız birindən faydalandılar. Amma oyunun sonunda uduza da bilərdilər.

- Razısan ki, Lüksemburqla Bakıda heç-heçə etmək biabırçılıqdır?

- Bunun biabırçılıq olduğunu söyləmək düzgün deyil. Hesab edirəm ki, komandanın bəxti gətirmədi.

- Onda sualı belə qoyum. Əgər, Lüksemburqu məğlub edə bilmiriksə, o zaman hansı komandaya qalib gələcəyik? Axı, biz Lüksemburqa qrupun autsayderi gözü ilə baxırdıq...

- Bəli, razıyam ki, Lüksemburqu udmaq lazım idi. Amma bu futboldur və istənilən nəticə qeydə alına bilər.

- Son zamanlar Foqts sənə dəvət göndərmir. Nə problem var?

- Bilmirəm. Bir müddət əvvəl alkoqolla bağlı problem olmuşdu. Amma bu artıq keçmişdə qalıb. İndi isə mənə dəvət göndərməsinin səbəbini bilmirəm.

- Aydın məsələdir ki, Kamran Ağayev millidə "1 nömrə"di. Bəs, digər iki qapıçısı hansı cəhətlərinə görə səndən üstündürlər ki, onlara dəvət gəlir, sənə yox?

- Yaxşı olardı ki, siz bu sualı mənə yox, Foqtsa ünvanlayasınız.

- Yeni mövsümdən hansı komandada çıxış edəcəksən?

- "Bakı" ilə müqaviləm artıq başa çatmaq üzrədi. Azərbaycan və xarici klublardan təklif almışam. Amma hələ ki yekun qərara gəlməmişəm.

- "Bakı" ilə müqavilən nə vaxt bitir?

- İyulda.

- Təklif aldığın klublar hansılardı?

- Bu haqda hələ danışmaq istəmirəm. Müqavilə imzaladıqdan sonra ad açıqlayacağam.

- Səni transfer etmək istəyən klublar ötən mövsüm birinci "altılıq"da mübarizə aparanlardı, yoxsa ikinci "altılıq"da?

- Həm birinci, həm də ikinci "altılıq"dan təklif var.

- Yəqin ki, ölkə xaricindən aldığın təkliflər də Ukraynadandır?

- Həm Ukraynadan təklif var, həm də Türkiyədən.

- Bəs, həmin klublar yüksək liqada çıxış edirlər, yoxsa birinci divizionda?

- Ukrayna klubu yüksək liqada, Türkiyə təmsilçisi isə birinci divizionda mübarizə aparır.

- Türkiyə klubu təsadüfən "Dənizlispor" deyil?

- Yox.

- Transferin nə zaman dəqiqləşəcək?

- İndi evə gedirəm. Bir müddət istirahət edəcəyəm. İstirahət etmk istəyirəm. Bir qədər yorğunluq var. İstirahət vaxtı bütün məsələlərə aydınlıq gələcək.

Elman MƏHƏRRƏMOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30