25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Qarabağ”la oyunda bu seriyanı davam etdirmək üçün meydana çıxmağa dəyər”

“Zirə”nin yarımmüdafiəçisi Luiz Alberto Diez “Neftçi” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az ispan yarımmüdafiəçinin müsahibəsinin təqdim edir:

- Demək olar ki, “Zirə” “Neftçi” ilə oyunda meydana 1 xal üçün çıxmışdı?

- Biz meydana 1 yox, 3 xal üçün çıxmışdıq. Birinci hissədə daha yaxşı oyun gösdtərdik. Lakin fasilədən sonra rəqib üstünlüyə yiyələndi. Düzdür, ikinci 45 dəqiqədə də 1-2 qol epizodumuz oldu. Onlardan yararlana bilmədik. Qəbələ qazanmaq istəyirdik.

- Fasilədən sonra üstünlüyün “Neftçi”nin tərəfinə keçməsinə səbəb nə idi:

- Futbolda belə hallar olur. Birinci hissədə biz üstün idiksə, fasilədən sonra rəqibin üstünlüyə yiyələnməsi normal haldır. Unutmayaq ki, “Neftçi” güclü rəqibdir. Hazırda turnir cədvəlində yuxarı pillələrdə qərarlaşmasalar da, yaxşı heyətləri var.

- Bir neçə oyunda atan tribunada yer almışdı və həmin qarşılaşmalarda çox yaxşı təsir bağışladın. Lakin atan Azərbaycandan gedəndən sonra parlaq çıxış etmirsən...

- Mən hər oyuna eyni motivasiya ilə çıxıram. Atam da oyunuma baxırsa, bu, çox yaxşı haldır.

- Demək olar ki, “Zirə” artıq gümüş medalı özü üçün təmin edib?

- Riyazi cəhətdən həll ikinci yeri təmin etməmişik. Hazırda bütün fikrimizi “Qarabağ”la oyuna yönəltmişik. Yalnız mövsümün sonunda qazandığımız nəticə haqda danışmaq olar.

- “Zirə”nin prezidenti Vüqar Astanov mətbuata açıqlamasında qeyd edib ki, “Kəpəz”, AZAL kimi komandalar yayda onlara müraciət edəcəkləri halda, bəzi oyunçuları qısa müddətə avrokuboklarda çıxış üçün həmin komandalara verməyə hazırdılar. Sənə belə təklif olsa, razılaşarsan?

- Məni hazırda ancaq növbəti turda “Qarabağ”a qarşı keçirəcəyimiz oyunu düşündürür. Digər komandalar barədə yayda fikirləşmək olar.

- Bu günə qədər karyeranda medal qazanmısan?

- Peşəkar karyeramda olmayıb. Uşaq vaxtlarımda müxtəlif medallara sahib çıxmışam. Cəmi 23 yaşım var, gəncəm. Gələcəkdə belə uğurlarım olacaq.

- Deməli, ilk medalını Azərbaycanda qazanmağa çox yaxınsan...

- Burda medal qazansam, bu mənim üçün böyük zövq olardı. Lakin hələ medal qazanmağımız rəsmiləşməyib.

- Növbəti turda “Qarabağ” sizə qalib gəlsə, çempionluğunu rəsmiləşdirəcək. “Zirə” ən azı 1 turluq Ağdam klubunun çempionluğuna mane ola bilər?

- “Qarabağ” böyük ölçüdə çempionluğu təmin edib. Biz cari mövsümdə öz meydanımızda uduzmamışıq. Bu seriyanı davam etdirmək üçün meydana çıxmağa dəyər.  

- “Rasinq”in formasını geyərkən Xabi Alonso ilə mübarizədə çəkilmiş foton var. Düşünmürsən ki, qarşındakı rəqib aparıcı klublarıda oynadığı halda, sənin Azərbaycan Premyer Liqasında çıxış etməyin karyeranda böyük geriləmə deməkdir?

- 18 yaşımda La Liqada debüt etmişəm. Amma bu o demək deyiı ki, bütün karyeramı İspaniyada keçirməliyəm. Azərbaycanda olmağımdan məmnunam. Yayda nələrin baş verəcəyini isə zaman göstərəcək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30