25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Erik Ramos: “Təəssüf ki, “Neftçi” əvvəlki gücünü sona kimi qoruya bilmədi”

“Neftçi”nin yarımmüdafiəçisi Erik Ramos “Zirə” ilə oyundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının da əməkdaşının iştirak etdiyi müsahibəni təqdim edirik:

- “Zirə” ilə oyun barədə nə deyə bilərsən?

- Çox çətin oyun idi. Qarşılaşma ərzində əziyyət çəkdik. Təəssüf ki, qələbə qazana bilmədik. Bununla belə, inanırıq ki, gələcəkdə hər şey yaxşı olacaq. Qarşıda bizi “Qəbələ” ilə 3 oyun gözləyir. Düşünürəm ki, həmin qarşılaşmalarda sərfəli nəticə qazanacağıq.

- Çoxdandı mətbuatda görünmürdün. Bunun səbəbini bilirsən?

- Təbii ki, bilirəm. Çünki ispan dilli tərcüməçi yox idi (gülür).

- Bəs, adi həyatda tərcüməçinin olmaması sənə problem yaratmırdı?

- Bir az ingilis dilində başa düşürəm. Adi həyatda bu da bəs edir.

- Mövsümün sonunda “Neftçi”dən gedəcəksən. Bu məqam oyunlara köklənməyində problem yaratmır?

- “Neftçi”də 4 il keçirdim. Bu, yetərincə vaxtdır. Qarşıda məni başqa yol gözləyir. Heç kimlə problemim yoxdur. Sadəcə olaraq bu, şəxsi qərarımdır.

- “Neftçi”yə gəldiyin gündən komanda iddialı olub. Hazırkı durumun səbəbini nədə görürsən?

- Çox təəssüf ki, “Neftçi” əvvəlki gücünü sona kimi qoruya bilmədi. Amma komandanın gələcəkdə əvvəlki əzəmətini qaytaracağını düşünürəm.

- Bəs, “Neftçi”nin əvvəlki gücünü bu günə kimi qorumamasının səbəbi nədir?

- Problem proektin özü ilə əlaqədardır. Düz qurulmadığına görə, belə də problem yarandı. Hər dəfə komandaya yeni adlar, yeni oyunçular gəlir. Bu da komandanın çıxışına öz təsirini göstərir.

- Bu gün azarkeşlər I divizion klubunun adını çəkərək, “gözlə, “Neftçi” də aşağı liqaya gəlir” deyirdilər. Demək olar ki, fanatlar da artıq komandadan əllərini üzüblər?

- “Neftçi” özü də bu vəziyyətə düşmək istəməzdi. Gələcək 2 il ərzində durumun düzələcəyinə ümid edirəm.

- Son zamanlar Azərbaycanı tərk edən legionerlər öz vətənlərində ölkəmiz haqda mənfi fikirlər səsləndirirlər. Erik Ramos Paraqvayda Azərbaycanı necə xatırlayacaq?

- Mən heç vaxt Azərbaycan haqda pis danışa bilmərəm. Burada xeyli xoş xatirəm olub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30