25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Robert Prosineçki: “Təkcə Ruslandan yox, bütün komandadan narazı qaldım”

Milli komandamızın baş məşqçisi Robert Prosineçki “Neftçi” - “Zirə” oyunundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- Baxdığınız oyun barədə nə deyə bilərsiz?

- Oyundan tam razı qalmadım. Qolsuz qarşılaşma izlədik. Hiss olunurdu ki, “Zirə” 1 xal üçün oynayırdı. Komanda bacarığını tam göstərmədi.

- Hesabdan narazı qaldınız, yoxsa göstərilən oyundan?

- Hər ikisindən. 90 dəqiqə ərzində demək olar ki, “çərçivə”yə gedən zərbə görmədik.

- Son zamanlar “Neftçi”nin hücumçusu Ruslan Qurbanov daha çox tənqid olunur. Millinin baş məşqçisi kimi onun çıxışı sizi qane edir?

- Təkcə Ruslandan yox, bütün komandadan narazı qaldım. “Neftçi”nin potensialını nəzərə alaraq, komanda öz oyununu göstərmir. Mövsümün sonuna 5 tur qalıb. Üstəlik, kubok qarşılaşmaları da var.

- “Xəzər Lənkəran” - “Qəbələ” matçına televizor vasitəsi ilə olsa belə, tamaşa etdiniz?

- Həmin oyunu izləmişəm. Nəzərə alsaq ki, “Qəbələ” “Xəzər Lənkəran”a qarşı oynayırdı, deməli qonaq komanda potensialını tam göstərə bilməyib. “Qəbələ”dən daha çox şey gözləyirdim.

- Sizcə iddialı komandaların zəif çıxışının səbəbi nədir? Bunu yorğunluqla əlaqələndirmək olar?

- Həftədə 1 dəfə oynamaqla yorğunluqdan danışmaq olmaz. Çempionatın sonu olsa belə... Nədən yorulublar ki? Avropa ölkələrində komandalar həftədə 2 oyuna çıxırlar. Ona görə də yorğunluqdan şikayətlənmək düzgün deyil.

- Avstriya toplanışında millinin heyətində yeni ad görməyimiz mümkündür?

- Bilmirəm.

- Toplanış zamanı millimizin rəqiblərindən ikisinin adı məlumdur. Bəs, üçüncü rəqib hansı olacaq?

- Kanada və Makedoniya ilə qarşılaşacağıq. Kanada güclü rəqibdir. Makedoniya ilə də oyunumuz maraqlı olacaq. Lakin ilk matçımızı ayın 26-da keçirəcəyik. Rəqibin adı hələ məlum deyil, danışıqlar aparırıq. Ona görə də dəqiqləşmədiyi üçün indi ad çəkə bilmərəm.

- Almaniyada çıxış edən millimizin sabiq üzvü Rüfət Dadaşov son zamanlar məhsuldar oyun sərgiləyir. Hücum xəttindəki problemləri nəzərə alsaq, Dadaşova dəvət göndərməyi düşünürsüz?

- O, Almaniyanın beşinci liqasında çıxış edir. Ona dəvət göndərsəm, gərək burda çempionatı dayandıraq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30