20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Qarabağ” ikinci evimdi, başqa kluba keçməkdə maraqlı deyiləm”

“Bizim üçün vacib oyun idi. Qarşılaşmaya ciddi hazırlaşmışdıq. Səhv etmək istəmirdik. Oyunumuz alındı, 90 dəqiqə topu özümüzdə çox saxlaya bildik”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev deyib.

“İnter”i 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra sualları cavablandıran Medvedev qarşıdakı kubok matçlarından da söz açıb: “Ola bilsin “İnter”i kubok oyuununa daha güclü heyətlə çıxsın. Bu halda bizimçün çətin olar. Amma arxayınlaşmaq mümkün deyil. Hər iki mükafata sahib çıxmaq istəyirik”.

Medvedev “Qarabağ”ın cari mövsümdə rəqib tanımamasının səbəbini belə izah edib: “Əvvəllər mövsümü 14-15 nəfərlə keçirirdik. Amma bu gün geniş heyətimiz var. Baş məşqçinin seçim imkanları çoxdur. Hansısa futbolçu meydanda olmayanda onun yoxluğu hiss olunmur”.

Növbəti matçlarda “Qarabağ” süni qazonlu meydanlarda mübarizə aparacaq. Medvedev süni ot örtüyünün çətinliklərindən də söz açıb: “Süni meydanda oynamaq çətindir. Çalışacağıq ki, özümüzü zədədən qoruyaq. Təbii meydanda oynamağı daha çox istəyirik. Digər yandan avrokubok oyunlarını da süni örtükdə keçirmişik. Yadınızdadırsa, “Gefle”, “Portdaun”la da belə meydanda oynamışdıq”

“Qarabağ”ın sağ cinah müdafiəçisi sonda klubuna sadiqliyindən söz açıb: “Uşaq vaxtından “Qarabağ”da oynayıram və bura mənə doğmadır. İndiki və gələcək vəziyyətimi bu klubla bağlı qurmuşam. “Qarabağ” ikinci evimdi. Klubda daha çox vaxt keçirirəm, nəinki öz evimdə. Ona görə başqa kluba keçməkdə maraqlı deyiləm. Təklif gələndə də “yox”deyirəm”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30