20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Svanadze "Qarabağ"a məğlubiyyət haqda: "Şərh etməli heç nə yoxdur"

“Oyun haqqında nə deyə bilərəm? Şərh etməli heç nə yoxdur. Qarşılaşma "Qarabağ"ın tam üstünlüyü ilə keçdi. Əsas heyətin 6 üzvü bu gün meydanda yox idi. Bu da oyunumuza təsir göstərdi”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”la oyundan sonra “nter”in baş məşqçisi Zaur Svanadze deyib.

Gürcü mütəxəssis mətbuat konfransında daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Zəif nəticəyə görə futbolçuların çox yüklənməsini səbəb göstərmək olar?

- Yüklənmə yoxdu. Sadəcə, Elnur Abdullayev uzun müddət xəstə idi. Topa zərbə vuranda əzələsini dartdı. Seçim imkanımız çox azdı.

- Sərtan Taşkının oyunu barədə nə deyə bilərsiz?

- Yaxşı oynadı. "Kəpəz"lə oyunda da yaxşı oynamışdı. Ona hansısa etirazım yoxdur.

- Söyləmək olar ki, "İnter" çempionatı kuboka qurban verdi?

- Zədələri əsas səbəb kimi göstərmədim. Bu, sadəcə, səbəblərdən biridir. Bizim üçün hər iki turnir əsasdır.

- Komandanız bu il avrokuboklarda çıxış etməyəcək. Bu məqam futbolçuları oyunlara motivasiya etməkdə sizə çətinlik yaratmır?

- Avrokuboklarda oynamaq üçün şansımız hələ tükənməyib. Komandanı gücləndirməliyik. Gördüyünüz kimi ehtiyat oyunçular skamyamızda ancaq bir neçə gənc oyunçu var.

- FIFA-nın sanksiyası qüvvədə qalsa, komandadakı gələcək taleyiniz necə olacaq?

- Hələ ki, bu barədə heç nə deyə bilmərəm. Komanda rəhbərliyilə danışdıqdan sonra bir söz demək olar.

- Kvekveskiri komandaya sizə görə gəldiyini demişdi. Siz komandadan getsəz, o da gedəcək? Bir də ki, Xizanaşvili son oyunlarda müdafiədə səhvlərə yol verir...

- Bu barədə Zurabla (Xizanaşvili) fasilədə danışdım. O cür təcrübəli futbolçu belə səhvlər etməməlidir. Bu, digər oyunçulara da təsir göstərir. O ki qaldı Kvekveskiriyə, o, hələ ki, komandada qalmaq istəyir.

- Ağabala Ramazanovu komandanızda görmək istəyərdiz?

- Bir çox azərbaycanlı futbolçu var ki, məmnuniyyətlə heyətimizdə görmək istəyərdim ki, Ağabala da onlardan biridi.

- Demək olar ki, Fomenko mövsümün sonunda gedəcək?

- Bunun üçün o, stabil oyun sərgiləməlidi.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30