23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qarabağ”la oyuna adi qaydada hazırlaşırıq”

“İnter”in baş məşqçisi Zaur Svanadze klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, gürcü mütəxəssis əvvəlcə sabah Premyer Liqanın növbəti turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyunun hazırlığından danışıb: “Qarabağ”la oyuna adi qaydada hazırlaşırıq. Rəqibin çox yaxşı komanda olduğunu bilirik. Yaxın 4 oyundan 3-nü məhz “Qarabağ” komandasına qarşı keçirəcəyik. Ona görə də, çox çətin mərhələ olduğunu anlayırıq. Buna baxmayaraq,  yaxşı oynamağa çalışacağıq”.

Svanadze heyətdəki itkilərə də toxunub: “Rauf Əliyevi növbəti oyunda görməyə ümid edirəm. O, 30-45 dəqiqə oynamağa hazırdır. Nizami Hacıyev fərdi qaydada məşq edir. Təqribən iki həftəyə meydana dönəcək. İlkin Qırtımov da zədəlidir. Qızdırmadan əziyyət çəkən Abbas Hüseynov da oyunu buraxmalı olacaq. Sezar Meza Kolli artıq komanda ilə məşq edir. Amma paraqvaylı oyunçunun “Qarabağ”la oyuna çıxacağı hələlik sual altındadır. Kamran Ağayev də komandayla birlikdə məşq edir. Ümid edirik ki, yaxın gələcəkdə onu meydanda görəcəyik. Çətinliklər var, amma biz ilk üçlüyə düşmək üçün var gücümüzlə çalışacağıq. Bunu çox istəyirik və ciddi hazırlaşırıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30