25 Aprel 2024, Cümə axşamı
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu

Ölkə futbolu

Yaşar Seyidov: “Heç kim “Bakı”nın batmağını görmür”

“Bakı”nın vitse-prezidenti Yaşar Seyidov müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, klub rəsmisi ilk öncə “Bakı”nın FIFA tərəfindən yenidən 6 xalının silinməsi haqda qərara münasibət bildirib.

- Vaxtı ilə futbolçularla həmin müqavilələri bağlayan, bu işlərlə məşğul olan insanlar bu vəziyyətdə klubun yanında olmalıdır. Onların bu problemlərin həll olunması üçün kömək etməlidirlər.

- Konkret olaraq kimləri nəzərdə tutursunuz?

- Ad çəkmək etik cəhətdən düzgün olmaz. Siz yazanda özləri biləcək. Bu müqavilələri bağlayan insanların futbol anlayışı olmayıb. Bir futbol adamı kimi xəcalət çəkirəm ki, bu məsələlər mənim işlədiyim klubda baş verir. Akademiyamızın uşaqlarına heyfim gəlir. Onlar zülmlə xallar qazanıblar. Futboldan anlayışı olmayan adamlara futbolu tapşıranda nəticə belə də olmalı idi.

- Bundan sonra necə olacaq?

- Komanda hələ ki, çıxışlarını davam etdirəcək. Bu məsələlərlə bağlı klub prezidenti Hafiz Məmmədovla danışacam. Bir qərar qəbul olunmalıdır. Həm klub, həm də AFFA rəhbərliyi bir araya gəlib, vəziyyətdən çıxış yolu tapmalıdır. Klubun gələcək taleyi ilə bağlı məsələlər həll olunmalıdır. Belə olmaz. Bu gün Azərbaycanda futbolu yaşamaq uğrunda mübarizə aparır. Bizim futbol akademiyamızda 300-ə qədər uşaq var. Milli komandalara 45 futbolçu vermişik. Ancaq bu klub heç kimi maraqlandırmır. Müraciət etmədiyim qurum qalmayıb. Milli Məclisə, depütatlara, AFFA prezidentinə, Gənclər və İdman Nazirliyinə və digər qurumlara müraciət etsəm də, bir faydası olmayıb. Artıq qərara gəlmişəm ki, beynəlxalq qurumlara müraciət edim. Bütün sənədləri hazırlamışam. Yaxın günlərdə bununla bağlı mətbuat konfransı keçirəcəm. Başqa yolumuz yoxdur. Söhbət 300 uşağın taleyindən gedir. Akademiya bağlansa, həmin 300 uşaq idmanı atacaq və pis vərdişlərə yiyələnəcək. UEFA və FİFA-ya da müraciət edəcəm. Bildirəcəm ki, milli komandalara 45 futbolçu verən bir kluba heç bir dəstək yoxdur.

- Sizcə, həmin qurumlar “Bakı”nın taleyi ilə maraqlanacaq?

- Bəlkə də onlar uşaq futboluna qayğı göstərərlər. Azərbaycanda uşaq futbolu heç kimi maraqlandırmır. Düşünürəm ki, bəlkə, bizdə olmayan humanistlik başqa ölkələrdə var? Bəlkə, onlar 300 uşqağın taleyinə bizdən fərqli olaraq vicdanla yanaşacaqlar? Əgər onlar da bir reaksiya verməsə, artıq akademiyamızın bağlanması ilə barışmalı olacağıq. Bu, tək Yaşar Seyidovun problemi deyil ki. Axı “Bakı”nın akademiyası Azərbaycana bu qədər futbolçu bəxş edir. Ötən il üç yaş qrupu üzrə komandamız ölkə çempionu olub. Sanki bu boyda klubun batmağını heç kim görmür. Mənim başqa çıxış yolum olmadığından beynəlxalq təşkilatlara müraciət etmək qərarına gəlmişəm.

- “Bakı” növbəti sanksiya ilə üzləşə bilər? Yəni klubun borclu qaldığı futbolçular yenə var?

- Hələ bəzi problemli məsələlər var.

- Klubun akademiyasında vəziyyət çox acınacaqlıdır?

- Bəli. Mənim həyəcanım milli komandalarda çıxış edən futbolçularla bağlıdır. Hamı uşaq futbolundan ı danışır, toplantılar keçirirlər, ancaq bu gün Azərbaycanda bu sahədə vəziyyət Afrikadakı kimidir. Əgər gənclər millimizin oyunçusu bu gün məşq etməyə top tapmırsa, Afrika ilə bizim nə fərqimiz var?

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30