29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Avropa çempionatı öncəsi millimizdə ciddi problem: “Vəziyyət heç də ürəkaçan deyil”

17 yaşadək futbolçulardan ibarət milli komandamızın Avropa çempionatı öncəsi əsas problemi zədəli futbolçulardır. Futbolxeber.az saytının məlumatına görə, komandanın kapitanı Elçin Əsədov artıq zədəsini bərpa edib. Əsədov bu gündən etibarən yüngül məşqlərə başlayıb. Bir neçə gün əvvəl yığmamızın qapıçısı Kamran Ibrahimov da zədələnmişdi. Lakin “Neftçi”nin qapıçısının durumu yaxşıdır. Gənc qapıçının zədəsi ciddi deyil.

Elçin və Kamrandan fərqli olaraq, “Beşiktaş”ın müdafiəçisi Hüseyin Seyliqli ilə bağlı vəziyyət heç də ürəkaçan deyil. Gənc futbolçu bir neçə gün əvvəl saytımıza açıqlamasında qitə birinciliyinə qədər sıraya dönəcəyini bildirmişdi. Lakin millimizin baş məşqçisi Təbriz Həsənov fərqli fikir bildirib: “Hüseyin çempionatda komandaya kömək etməyi çox istəyir. Buna görə də maya qədər hazır olacağını bildirib. Lakin vəziyyət heç də ürəkaçan deyil. Onda yırtıq var. Bu isə 2-3 həftəyə düzələn deyil. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31