25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Zirə" avrokuboklarda oynamayacaq

Azərbaycan Premyer Liqasında ikinci pillədə qərarlaşan "Zirə" klubu avrokuboklarda iştirak etməyəcək. Futbolxeber.az saytının məlumatına görə, AFFA-nın baş katibi Elxan Məmmədovun "Report"a verdiyi açıqlamada qeyd edib ki, milli assosiasiya tərəfindən UEFA-ya müraciətlər edilsə də, Avropa futbol qurumunun öz qaydaları var.

"Bu qaydalarda da həmin məsələ qeyd olunub. Biz dəfələrlə bu məsələni qaldırmışıq, amma qanun hər kəs üçündür. Premyer Liqada iştirak etməzdən öncə "Zirə" rəhbərliyinin bu şərtlərdən xəbəri var idi", - deyə E.Məmmədov bildirib.

Baş katib avrokuboklardan birillik diskvalifikasiya edilən və apellyasiya şikayəti verən "İnter"ə isə heç cür kömək edə bilməyəcəklərini söyləyib: "Çünki bu məsələ "İnter" və İdman Arbitraj Məhkəməsi arasındadır".

Qeyd edək ki, UEFA qaydalarına əsasən, Avropa kuboklarında iştirak etmək üçün klub ən azı 3 il fəaliyyətdə olmalıdır. "Zirə" isə cəmi 2 ildir fəaliyyət göstərir.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30