29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Həkimlər "İnter"in böyrəyi çıxarılmış futbolçusunun durumuna aydınlıq gətirdilər

Xəbər verdiyimiz kimi, əvəzedici heyətlər arasında keçirilən Azərbaycan Çempionatı çərçivəsində baş tutan “İnter” - “Simurq” matçında meydan sahiblərijin gənc yarımmüdafiəçisi Fuad Bayramov ağır zədə aldı. Nəticədə futbolçunun böyrəyinin biri çıxarıldı. Futbolxeber.az-ın məlumatına görə, iyunun 2-də Fuad Bayramov da “İnter” komandasının heyətində Türkiyəyə təlim-məşq toplanışına yollandı. Gənc yarımmüdafiəçi hələlik məşqlərdə iştirak etmir, yalnız yüngül qaçışlarla kifayətlənir.

 "İnter"in həkimləri İqor Qorobets və Səhhət Rüstəmzadə oyunçunun vəziyyəti haqqında klubun rəsmi saytına məlumat veriblər. Onlar F.Bayramovun bərpa prosesinin gedişi barədə danışıblar və onun məqşlərə nə zaman başalayacağını bildiriblər. Həkimlərin sözlərinə görə, futbolçuya 3 ay məşq etmək olmaz. İkinci böyrəyin yeni yükləmələrə uyğunlaşması lazımdır. Yəni ikinci böyrək çıxarılmış böyrəyin funksiyalarını üzərinə götürməlidir. 3 ay ərzində futbolçuya müəyyən tapşırıqlar veriləcək və bu yükləmələr hər ay 30 faiz artacaq. Yəni zədədən 4 ay sonra Fuad Bayramova ümumi yükləmənin 30 faizi qədər məşğələlər veriləcək, növbəti ay bu rəqəm 60 faizədək artacaq və altıncı ayda futbolçu 90 faizlik yükləməyə yaxınlaşacaq. Sonra həkimlər orqanizmin bu yükləmələri qəbul etməsinə nəzarət edəcəklər. Altıncı ayda oyunçunun səhhətində hər şey normal olarsa, o zaman o, ümumi qrupla məşq etməyə başlayacaq. Hər şey analizin nəticələrindən və orqanizmin vəziyyətindən asılı olacaq. Proses həkimlərin planlaşdırdığı normal axarda davam edərsə, o zaman Fuad Bayramov böyrəyi çıxarılandan 6 ay sonra komandayla birlikdə məşqlərə qatılacaq. Onun əzələlərinin 3-6 ay arası dövrdə tonusda olması vacibdir, çünki yükləmələrin sərt olmaması əhəmiyyət kəsb edir. Böyrək orqanizmdə çox mühüm funksiyanı yerinə yetirir və buna görə də, F.Bayramovun vəziyyətini diqqətlə izləmək lazımdır.

Qeyd edək ki, futbolda karyerasını başa vurmuş və hələ də meydançalara çıxmaqda davam edən bir çox böyrəyi çıxarılan futbolçu var. Belə ki, 2010-cu ildə böyrəyi çıxarılmış fransalı futbolçu Fabyen Lemuan indi də futbol oynayır. Bundan başqa, Moskvanın MOİK və “Kuban” klubunun yarımmüdafiəçisi Valeri Minkonu da qeyd etmək olar. Bu futbolçu 1993-cü ildə böyrəyinin birini itirmişdi və peşəkar karyerasını keçirdiyi cərrahi əməliyyatdan 9 il sonra başa vurmuşdu.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31