19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Səlahət Ağayev: “Vaqifin yerində olsaydım...”

“AZAL-a qarşı yaxşı oynadıq. Rəqibdən üstün idik. Lakin qələbəni AZAL qazandı”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Sumqayıt”ın qapıçısı Səlahət Ağayev deyib.

Premyer Liqanın XXX turunda AZAL-a 0:1 hesabı ilə uduzduqları görüşü şərh edən təcrübəli qapıçı rəqibi qələbə münasibəti ilə təbrik edib: “Futbolda əsas qələbə qazanmaqdır. Yaxşı oynasaq da, 3 xala rəqib sahib çıxdı. Buna görə də onları təbrik edirəm. Biz əlimizdən gələni etdik. Yalnız hücumda son nöqtəni qoya bilmədik. Futbolda belə hallar olur. Artıq növbəti oyunlarda daha yaxşı çıxış etmək barədə düşünməliyik”.

“Sumqayıt”ın qolkiperi matçın gedişində penalti qaytarmasına belə münasibət bildirib: “Qeyri-adi heç nə etmədim. Qapıçı penalti qaytarmalıdır. Mən də üzərimə düşəni etdim”.

Səlahət Ağayev matçın gedişində meydanda baş verən insidentlərə də toxunub: “Mənimlə Murad Səttarlı arasında ciddi problem yaşanmadı. Məğlub olanda adam əsəbi olur. Lakin baş verənlər elə meydanda da qaldı. Muradla şəxsi qərəzliyim yoxdur. O ki qaldı Vaqif Cavadovla AZAL-ın futbolçusu arasındakı insedentə, legionerin yerli futbolçunun söyməsi heç kimə xoş olmaz. Vaqifin yerində olsaydım, bəlkə də başqa cür cavab verərdim. Qoy, əcnəbilər diqqətli olsunlar, kimisə söymək, təhqir etmək olmaz. Unutmasınlar ki, Azərbaycanda futbol oynayıb çörək qazanırlar”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30