19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Tərlan Əhmədov: “Avroliqaya getmək AZAL üçün böyük uğur olar”

“3 xal üçün qazandığımız üçün sevinirik. Futbolçularıma təşəkkür edirəm”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”la oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

Əhmədov 1:0 hesablı qələbəni belə şərh edib: Gərgin oyun alındı. “Sumqayıt” da yaxşı mübarizə apardı. Biz evdə hər oyunda maksimum nəticə qazanmağa çalışırıq. Çox vacib qələbə qazandıq. Ötən tur səfərdə xal itirmişdik. Ona görə də bu gün qələbə bizim üçün vacib idi. Əvvəlki mövsümlərdə AZAL 36-39 arası xal yığırdı. Ona görə də 40 xal həddini keçmək istəyirdik. Buna da nail olduq”.

AZAL-ın çalışdırıcısı Avroliqa şanslarını da dəyərləndirib: “Bu qələbə Avroliqa şansımızı artırdı. Mövsümə çox uğursuz başlamışdıq. Çempionatın əvvəlində ilk 5 oyunda qol vurmadan məğlub olmuşduq. Amma indi bu səviyyətə çatmışıq. Şans varsa, niyə də bundan istifadə etməyək? Avroliqaya getmək AZAL üçün böyük uğur olar. Kiçik büdcəylə Avroliqaya yollanmaq bizim üçün böyük nəticə olacaq” (CBC-Sport). 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30