20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Qələbə qazanmaqdan başqa yolumuz yox idi”

Azərbaycan Premyer Liqasının XXX turunda “Rəvan”ı qəbul edən “Qəbələ” 2:0 hesabı ilə qalib gəlib. Futbolxeber.az saytının məlumatına görə, 5 oyunluq qələbəsizlik seriyasına son qoyan “qırmızı-qaralar” paytaxt təmsilçisinin qapısından ilk topu 80-ci dəqiqədə keçirib. Qonaqların müqavimətini qıran topa Asif Məmmədov imza atıb. 30 yaşlı futbolçu görüş haqda fikirlərini gabalafc.az-a açıqlayıb:

“Qələbə qazanmaqdan başqa yolumuz yox idi. Artıq neçə tur idi qalib gələ bilmirdik. Həmin matçlarda da yaxşı oyun nümayiş etdirsək də, yaratdığımız imkanlardan yararlanmamağımız nəticə qazanmağa mane olurdu. Bu dəfə də matça yaxşı başlasaq da, qol vurmada çətinlik çəkirdik. Yaxşı ki, yekunda rəqib qapısından 2 top keçirib, 3 xal qazandıq. Bu qələbə komandamızda özünəinamı artıracaq. “Rəvan”la görüşdən əvvəlki turlarda qalib gələ bilməməyimizi bəxtsizliklə əlaqələndirərdim. Yaxşı oynadığımız göz qabağında olsa da, əksər matçlarda tərəfimizdəki üstünlükdən yararlana bilmirdik. Hətta udmalı olduğumuz qarşılaşmalarda xal itirirdik. Bu matçda sanki bəxt bizdən üz döndərmişdi. Nə qədər imkanlar yaratsaq da, top qapıdan keçmirdi. Hətta qoldan az əvvəl top boş qapıya getməli olduğu vaxt öz oyunçumuza dəydi. Rikardinyonun zərbəsi Vojislav Stankoviçə toxunub, istiqamətini dəyişdi. Belə hadisə nadir hallarda yaşanır ki, o da bizim oyunumuza təsadüf etdi”.

Məmmədov cari mövsümdə “Qəbələ”nin çempionat oyunlarında ilk qolunu vurub. Ümumilikdə isə bu qol “qırmızı-qara” formada 27-ci matçında 6-cı dəfə rəqib qapısına yol tapan Asif üçün yubileylə də əlamətdar olub. Belə ki, o, müxtəlif klubların şərəfini qoruduğu Azərbaycan çempionatlarında 25-ci qolunu qeyd edib. Futbolçu buna 213-cü qarşılaşmasında nail olub:

“Qolla bağlı heç nə deyə bilmərəm. Açığı, öz oyunumdan da tam razı qalmadım. Bunun səbəbini tələskənlikdə görürəm. Bütün komandamız tələsir, tez qol vurmağa çalışırdı. Bu da çoxdan qalib gəlməməyimiz, matçda qələbə qazanmalı olmağımızla bağlı idi. Təbii ki, bu da oyunumuza təsirini göstərirdi. Qolu isə kimin vurmasının fərqi yox idi. Əsas o idi ki, bu qolu vurub, qalib gələk. Qarşıda çempionat və kubokun vacib matçları var. Bu üzdən qələbə bizə lazım idi. “Rəvan”la oyunadək çempionatda qol vurmamağım ideal formada olmamağım və bu üzdən az şans qazanmağımla bağlıdır. Bundan sonra çalışıb, daha çox qol vurmalıyam. Çünki mənim vəzifəm qol vurmaqdır. Komandaya gəlmişəm ki, qollarımla qələbə qazanmağa kömək edim. Çalışacağam ki, imkanlardan maksimum istifadə edib, azarkeşlərimizə daha çox qol sevinci yaşadım”.

XXXI turun “Xəzər Lənkəran”la oyunu haqda fikirlərini açıqlayan Məmmədov çətin səfər sınağında 3 xalın vacibliyini qeyd edib:

“Növbəti turda “Xəzər Lənkəran”la qarşılaşacağıq. Gənclərdən təşkil olunan rəqib komanda çoxdan qələbə qazanmasa da, biz bu matça çox ciddi hazırlaşırıq. Onlarla ev oyunumuzda da xal itirmişdik. “Xəzər Lənkəran” kənardan göründüyü qədər asan rəqib deyil. Üstəlik, bu dəfə onlar evdə oynayırlar. Bizi çox çətin oyun gözləyir. Artıq xal itirmək haqqımız yoxdur. Həm çempionatın mükafatları, həm kubokun finalına irəliləmək üçün mübarizə aparacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30