29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Nelson Bonilla: “Məni onunla müqayisə etmək düzgün deyil”

“Zirə”nin hücumçusu Nelson Bonilla Futbolxeber.az saytına müsahibə verib.

- “Xəzər Lənkəran” üzərində 1:0 hesablı çətin qələbə qazandınız. Qarşılaşma haqda nə deyə bilərsən?

- Çox çətin oyun alındı. Etiraf etmək istəyirəm ki, çox pis oynadıq. Yalnız ikinci hissədə fəallıq göstərdik. Bu da sonra bəhrəsini verdi. “Xəzər Lənkəran”ın üzvlərinin əksəri gənclərdi. Bununla belə, çox gözəl kollektiv formalaşdırıblar.

- Bəlkə “Zirə” oyundan öncə rəqibi qiymətləndirməmişdi?

- Bəli, meydana bir qədər rahat çıxmışdıq. Fasilədə baş məşqçimiz lazımi tapşırıqlarını verdi. Buna görə də ikinci hissədə başqa cür oynadıq, fəallıq nümayiş etdirdik. “Xəzər Lənkəran”ın gəncləri də gözəl oyun göstərdilər. Bu gün bizə qarşı oynayan gəncləri gələcəkdə parlaq karyera gözləyir.

- Bu gün daha bir qol vurdun və bombardirlik yarışında liderliyini davam etdirirsən. Bu mübarizədə hansı futbolçunu özün üçün əsas rəqib sayırsan?

- Bombardirlər siyahısında olan hər bir futbolçu mənim üçün rəqibdir. Bombardir olmaq haqda düşünmürəm. Əsas olan komandamın uğurudur və bunun üçün əlimdən gələni edirəm. Mövsümün sonunda medal qazansaq, bu, hər bir futbolçumuzun uğuru olacaq.

- Sən 30 ildən sonra ölkə xaricində het-trik edən ilk salvadorlu futbolçu oldun. Nelson Bonillanı Xorxe Qonsalesin davamçısı hesab etmək olar?

- Yox, məni onunla müqayisə etmək düzgün deyil. O, sanki başqa planetdən gəlmiş biri idi. Çox yaxşı, güclü futbolçuydu. Bu gün mən qollarımı vururamsa, bu, əməyimin nəticəsidir.

- Salvador mətbuatına açıqlamanda Azərbaycan Premyer Liqasında oynamağın çətin olduğunu qeyd etmişdin. Çətin deyəndə nəyi nəzərdə tuturdun?

- Mənim ölkəmdə sosial problemlər var. Futbolda təşkilatı məsələlər yüksək səviyyədə deyil. Amma Azərbaycanda vəziyyət fərqlidir. Burada “Qarabağ”, “Qəbələ” kimi komandalar var. Bu komandalarda bütün işlər yüksək səviyyədə qurulub. Üstəlik, Azərbaycan çempionatında “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Kəpəz” kimi komandalara qarşı oynamaq çətindir. Ölkəmdə isə bu komandaları tanımırlar. Məhz bu məqamı nəzərə alaraq, çətinliyi qeyd etmişdim.

- Növbəti mövsümdə səni hansı klubun heyətində görəcəyik?

- Bunu yayda biləcəksiniz.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31