28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Bu gün “Zirə”nin adına yaraşmayan futbol sərgilədik”

“Azarkeşləri qələbə münasibəti ilə təbrik edirəm. Lakin qələbə qazanmağımıza baxmayaraq, oyundan razı qalmadım. “Zirə”nin adına yaraşmayan futbol sərgilədik”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”la oyundan sonra “Zirə”nin baş məşqçisi Adil Şükürov deyib.

Şükürov 1:0 hesablı qələbəni çətinliklə əldə etdiklərini vurğulayıb: “Çətin qələbə qazandıq. Rəqib yaxşı mübarizə apardı. Bəlkə də “Xəzər Lənkəran”ın heyəti cavan uşaqlardan təşkil olunduğu üçün uşaqlar oyuna qeyri-cidd yanaşdılar. “Xəzər Lənkəran” göstərir ki, çempionatda hər bir heyətlə oynamaq olar”.

Adil Şükürov hələlik gələn mövsüm barədə düşünmədiklərini qeyd edib: “Hələ mövsümü başa vurmamışıq. Qarşıda 6 oyun var. Növbəti mövsüm barədə düşünmək üçün vaxtımız var. Qarşıda olan görüşləri düşünməliyik. Nelson Bonilla bizim müqaviləmiz var. Mövsüm başa çatmamış komandadan getmək barədə düşünmür”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31