24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Anyete: “Bilirəm niyə jurnalistlər hər dəfə mənimlə danışmaq istəyirlər” (Müsahibə)

“Neftçi”nin hücumçusu Anyete “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə müsahibə verib. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə ispan futbolçu öncə mətbuat önünə çıxmaq istəməməsinə aydınlqı gətirib.

- Nəyə görə jurnalistlər önünə çıxmaq istəmirdiz?

- Bunun xüsusi bir səbəbi yoxdur. Komandamızın heyətində çox futbolçu var. Arada mətbuata danışırıq, arada isə yox.

- Bəlkə bu, məğubiyyətdən sonrakı təzyiqdən irəli gəlir?

- Heç bir problem yoxdur. Burdayam, istədiyiniz sualı verə bilərsiz.

- Mövsüm ərzində cəmi 1 qol vurmağınınız nədən irəli gəlir?

- Bilirəm niyə jurnalistlər hər dəfə mənimlə danışmaq istəyirlər. Uğursuz çıxışıma görə....Amma mən peşəkaram, burdayam. Cəmi 1 qol vurmağımla bağlı geniş danışmaq istəmirəm. Yalnız onu deyim ki, futbolda belə hallar olur. Ardıcıl 2 il 2 fərqli ölkədə bombardir olmuşam.  “Neftçi”də də əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.

- “Neftçi”dəki çıxışınızın uğursuz alınmasının səbəbi nədir?

- Səbəblər çoxdur. Problemlər də kifayət qədərdir. Mövsümün əvvəlində zədəm var idi. Sonradan yenə də xəsarət aldım. Üstəlik, komanda da yaxşı oynamır.

- Bu gün “Qarabağ”a uduzmağınıza səbəb nə oldu?

- Biz bu gün Azərbaycanın ən yaxşı komandasına qarşı oynadıq. Çalışdıq, döyüşdük. Lakin nəticə istədiyimiz kimi olmadı.

- Lazımi nəticəni qazanmağınıza “Qarabağ” imkan vermədi, yoxsa “Neftçi” zəif çıxış etdi?

- Hər dəfə uduzanda 2 səbəb olur. Bir - sən rəqibdən zəifsən, iki - rəqib səndən güclüdür.

- “Qarabağ”ın heyətində hansısa futbolçunu fərqləndirə bilərsiz?

- Kimisə fərqləndirə bilmərəm. Onlar kollektiv şəkildə mübarizə apardılar. Rəqibin heyətində 4-5 oyunçu var ki, hər an oyunun taleyini həll edə bilərlər. Bununla belə, “Qarabağ” kollektiv oyun sayəsində uğur qazanır.

- Bolqarıstan mətbuatı sizin adınınız ən uğursuz transferlər siyahısında göstərib. Buna münasibətiniz necədir?

- Heç nə deyə bilmərəm.

- Yarımmüdafiəçi kimi çıxışınız daha yaxşı alınır. Bəlkə hücumda yox, orta xətdə oynayasız?

- Hər şey məşqçidən asılıdır. O harda desə, orada da oynayıram. Mövsüm ərzində hücumçu, cinah oyunçusu, 10 nömrə kimi də çıxış etmişəm.

- Özünüz üçün hansı mövqedə oynamaq daha rahatdır?

- Yarımmüdafiədə.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30