20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Svanadze: “Nəticədən razıyam”

“İnter” in baş məşqçisi Zaur Svanadze Premyer Liqanın 30-cu turunda “Kəpəz”lə bərabərə qaldıqları oyun haqda danışıb. Futbolxeber.az saytının məlumatına görə, gürcü mütəxəssis nəticədən razı qaldığını qeyd edib: “Çox vacib 1 xal qazandıq. Birinci hissədə üstünlük tərəfimizdə olsa da, rəqib qol vurdu. “Kəpəz” qapımıza 1 zərbə endirdi və o da qol oldu. Üstəlik penaltidəm. Fasilədən sonra hesabı bərabərləşdirdik. Bundan sonra işimiz çətin oldu. Nəticədən razıyam. Artıq növbəti oyunlara hazırlaşmalıyıq. Qarşıda bizi ciddi oyunlar gözləyir”.

Svanadze komandasının qapısına təyin olunan penalti epizodu ilə bağlı dəqiq fikir bildirməyib: “Hazırda bu haqda heç nə deyə bilmərəm. Oturduğum yerdən məsafə uzaq idi. Epizodun təkrarına baxdıqdan sonra dəqiq fikir bildirmək mümkündür” (CBC-Sport). 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30