28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Atletiko” “Bakı”ya AFFA-dan daha çox hörmət qoyur (QEYD)

Dünən “Bakı” klubuna İspaniyadan dəvət gəlib. “Atletiko”nun prezidenti Enrike Sereso “zolaqlılar”ın rəhbərliyini Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində “Bavariya”ya qarşı baş tutacaq görüşə dəvət edib. Müsbət məqamdır.

“Bakı” və “Atletiko” arasında əməkdaşlıq rəsmi şəkildə başa çatsa da, 2 klub rəsmiləri bu gün də sıx ünsiyyət saxlayırlar. Təsadüfi deyil ki, Madrid klubunun hər uğurundan sonra həm “Bakı” klubunun prezidenti Hafiz Məmmədov, həm də icraçı direktor Yaşar Seyidov “Atletiko” rəhbərliyini təbrik edirlər. “Atletiko” rəhbərliyi də “Bakı”dakı həmkarlarına böyük hörmətllə yanaşır. Madriddə çoxları deyir ki, Hafiz Məmmədovla əməkdaşlıq, “Land of fire Azerbaijan” brendi “Atletiko”ya uğur gətirib. Ona görə bu gün də ispanlar “Bakı”nı yaddan çıxarmırlar.

“Atletiko”dan fərqli olaraq, AFFA deyəsən, “Bakı”nı unudub. Uzağa getməyək, aprelin 8-də Bakı Olimpiya Stadionunda ölkəmizdə keçiriləcək 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının püşkatma mərasimi keçirildi. Tədbirdə əksər Premyer Liqa klublarının rəhbər şəxsləri təmsil olunurdu. Amma “Bakı”dan heç kim gözə dəymədi. Başa düşürük, “Bakı” hazırda I divizionda çıxış edir. Lakin “zolaqlılar” futbolumuzun inkişafı üçün çox iş görüb. Ən azı bu məqamı nəzərə alaraq, etika xatirinə “Bakı”dan da kimisə püşkatma mərasiminə çağırmaq olardı.  

Görəsən, həmin püşkatma mərasiminə qatılan klub rəsmilərindən hansı Azərbaycan futboluna “Bakı”, Hafiz Məmmədov və ya Yaşar Seyidov qədər xidmət edib? Hansı klub bu gün müxtəlif yaş qrupları üzrə milli komandalara 30-dan çox futbolçu verir? Hansı klub 17 yaşadək qızlar arasında dünya çempionatının Azərbaycanda keçirilməsi üçün müstəsna işlər görüb? Hansı klub Portuqaliya, Türkiyə, eləcə də digər milli komandaların məşq keçməsi üçün bazasını təmənnasız olaraq AFFA-nın ixtiyarına verib? Amma “Bakı” bütün bu sadaladıqlarımızı edib. Yaxın keçmişdə hansısa tədbirin “Bakı” rəhbərliyi olmadakeçirildiyini görmüşdüz?

İndi “Bakı” yaxşı günlərini yaşamır, Hafiz Məmmədovun çətinliklər var deyə, keçmişi unudursuz? Məşhur filmdə deyildiyi kimi, “vaxt var idi Əlişə atam deyirdin”....

Futbolxeber.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31