18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Serb futbolçu: “Qarabağ uğrunda müharibə Azərbaycanın öz torpaqları uğrunda müharibəsidir”

"Azərbaycan vətəndaşı olduğuma görə fəxr edirəm". Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan yığmasının keçmiş futbolçusu Branimir Subaşiçin məktubunda deyilir.

B.Subaşiç məktubda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində hərbi əməliyyatların son eskalasiyası nəticəsində mülki vətəndaşların və hərbçilərin həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığını bildirib: "Son hadisələr bu torpağı əziz tutan heç kəsi laqeyd qoya bilməz. Mən ölkənizdə, qardaş Azərbaycanda altı il yaşadım. Bu ölkə mənim üçün ikinci Vətən oldu. Qəbələ, Lənkəran və Bakı şəhərləri karyeramdakı uğurların şahidi oldular. Azərbaycana gəlişim həyatımda atdığım ən mühüm addımlardan biridir. Mənim üçün Azərbaycan milli komandasında oynamaq şərəf olub və olacaq. Azərbaycan Respublikasının vətəndaşı olduğum üçün fəxr edirəm".

İdmançı qeyd edib ki, erməni təcavüzünə qarşı göstərdiyi cəsarətə, qəhrəmanlıq və fədakarlığa, Vətənə sədaqətə və onun müdafiəsinə qalxdığına görə əsgər və zabitlər qarşısında baş əyir.

O diqqətə çatdırıb ki, idmandakı bütün dost və həmkarları bu hüznlü gündə həlak olanların matəminə və kədərinə qoşularaq onların ailələrinə dərin başsağlıqlarını bildirirlər.

B.Subaşiç Azərbaycanda yaşayarkən xalqın münaqişə zamanı çəkdiyi əzablar haqqında söhbətlərin bir neçə dəfə şahidi olduğunu, qaçqın və məcburi köçkünlər barədə statistik məlumatların isə onda kədər və şəfqət hissləri doğurduğunu bildirib: "Qarabağ uğrunda müharibə Azərbaycanın öz torpaqları uğrunda müharibəsidir. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Azərbaycanın bu torpaqlarının işğal edilməsi faktı beynəlxalq səviyyədə tanınıb. İnanıram ki, Azərbaycan Respublikasının Prezidenti, Аli Baş Komandan İlham Əliyevin apardığı qətiyyətli siyasət sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq".

B.Subaşiç Ermənistanın yüksək liqasında iki erməni klubu arasında futbol matçı zamanı Azərbaycana qarşı təxribat törətmiş serbiyalı oyunçu Nemanya Stoskoviçin hərəkətini qətiyyətlə pisləyib və ümid etdiyini bildirib ki, o, səhvini dərk edəcək və belə idmandankənar hərəkətinə görə Azərbaycan xalqından üzr istəyəcək.

Futbolçu sonda məktubunda Azərbaycana və Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayııb.

Məktub Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayevin adına ünvanlanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30