16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Şahin Diniyev: “11 futbolçu ilə çempionatı keçirmək çətindir”

Sabah Gəncə şəhər stadionunda “İnter” ilə qarşılaşacaq “Kəpəz” bu oyunun hazırlığını tamamlayıb. Futbolxeber.az saytının məlumatına görə, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev qarşıdakı matçla bağlı kapazpfc.az saytına fikirlərini bölüşüb: “İki uğursuz oyundan sonra qeyd etmişdim ki, komandada fiziki və psixoloji durum yerində deyil. Bu da anlaşılandır. 11 futbolçu ilə çempionatı keçirmək çətindir. Həftə boyunca fiziki və psixoloji vəziyyəti düzəltmək üçün bu yöndə işlədik. Eniş dövründən çıxmağa çalışdıq”.

Təcrübəli çalışdırıcı qarşıdakı matçın əhəmiyyətindən də bəsh edib: “İnter” ilə görüş bizim üçün üçüncü yer uğrunda əsas mübarizə oyunlarından biridir. Hələ heç nə itirilməyib. Qalib gəlməklə üçüncü yeri özümüzə qaytara bilərik. Bu rəqiblə oyunlar həmişə çətin olub. Əvvəlki üç matçdan bir xal götürmüşük. Əlimizi yanımıza sallamayacağıq. Yəqin ki, liderlərə yaraşan bir oyun olacaq. Görüşdən qələbə gözləyirik. Amma bu o qədər də asan olmayacaq. Qalib gəlmək üçün daha çox güc sərf etməliyik. Mənə elə gəlir ki, “Qarabağ”dan sonra ən çətin oyunumuz “İnter” ilə olacaq”.

Şahin Diniyev zədə səbəbindən matçı buraxacaq Namiq Ələsgərovun yoxluğu haqda da danışıb: “Əsas heyətin bütün futbolçuları heç də həmişə sıralarımızda olmur. Cəza və ya zədə səbəbindən hansısa futbolçu oyunu buraxmaq məcburiyyətində qalır. Hər dəfə kiminsə kənarda qalması bizə təsir edir. İndi də Namiqin xidmətindən məhrumuq. Ehtiyat qüvvənin geniş olmaması oyunumuza təsirini göstərir. Çalışacağıq ki, Ələsgərovun yoxluğunu digər futbolçularla sığortalayaq. Onun yoxluğu görünəcək, bu, sürətin aşağı düşməsinə gətirib çıxara bilər. Amma sabah meydana səbəblərlə yox, qələbə əzmi ilə çıxacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30