18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Prosineçki cəbhədə baş verənlərdən danışdı: “İnsanların ölməsi üzücüdür”

Milli komandamızın baş məşqçisi Robert Prosineçki son günlər cəbhədə baş verənlər haqda danışıb. Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında həyat yoldaşının bunlardan narahat olduğunu bildirb: “Təəssüf ki, dünyanın istənilən yerində bu cür hallar baş verir. İnsanların ölməsi üzücüdür.  Döyüşlər Bakıdan uzaqda gedirdi.  Ancaq həyat yoldaşım qorxurdu. Çünki  uşaqlarımız məktəbə gedirdilər”.

Prosineçki Azərbaycan yığmasındakı fəaliyyəti haqda sualı da cavablandırıb: “Biz işlərə başlamışıq. Hələ Xorvatiya ilə oyunda istənilən rəqibə qarşı oynamağın mümkün olduğunu sübut etmişdik. İndi isə  Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq haqda düşünürük. Düzdür, bu, asan deyil. Güclü qrupa düşmüşük. Çexiya, Norveç, Şimali İrlandiya, Almaniya və San-Marino ilə mübarizə aparacağıq”.

Prosineçki Xorvatiya millisinin  Avro-2016-dakı şanslarını da dəyərləndirib: “Türkiyə ilə oyundan çox şey asılıdır. Türkiyə yığmasının son vaxtlar gücləndiyinin şahidiyik.  Məncə, Xorvatiya daha yaxşı komandadır və bu rəqibinə qalib gələ bilər”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30